Xruşşovu qəzəbləndirən, Brejnevi ağladan DAHİ - Heydər Əliyev Bakıda ona TOY ELƏDİ 

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda dünyaya gələndə atası müharibədə idi.

Müharibənin qurtarmasına üç gün qalmış atası Məhəmməd son məktubunda yazır:

"Bu gün mənim oğlumun ad günüdür. Ona nə arzulaya bilərəm. Əlbəttə xoşbəxt və sevincli günlər diləyirəm. Qoy bilsin k, atası onu sevir və son nəfəsinədək sevəcək". Müslümə Azərbaycan musiqisinin klassiki, babası Müslüm Maqomayevin adını verirlər. 

Ata müharibədən qayıtmır və anası yenidən ailə qurur. Müslüm Maqomayev sonradan anasına haqq qazandırır, bir qadın həyatını yalnız bu cür qaydaya sala bilər - deyir. Anası aktrisa Ayşət Maqomayeva Əhmədovadır. Baba Müslüm aktrisa Hökümə Qurbanovanın anası Malikat xanımın doğmaca qardaşı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyev Müslüm Maqomayevi həbsdən necə qurtardı? - Maraqlı DETALLAR - VİDEO


Anası da ərə gedəndən sonra Müslümü əmisi Camal himayəyə götürüb böyüdür. 

Üç yaşında ilk dəfə babasının royalı arxasına oturdu. Özü çox kiçik idi, royal isə böyük. İlk bəstəsini 5 yaşında yazdı.

Məktəbdə elə də uğurlu deyildi. Riyaziyyat fənninə görə sinifdə qalmışdı. Cəbr, həndəsə dərslərində çox zəif idi. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib.

Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

18 yaşında Bakı Musiqi məktəbində oxuyanda Müslüm sevdiyi Ofeliya adlı qızla evlənmək fikrinə düşür. Nənəsi bu evliliyə razı olmadığı üçün onun pasportunu gizlədir. Müslüm pasportunu tapır və qızla evləənir.

Bu evlilikdən bir qızı dünyaya gəlir və Müslüm onu baxçada sevdiyi qızın şərəfinə Marina adlandırır. “Marina Marina” mahnısını da xatirələrində yaşatdığı həmin qıza yazıb. Bu mahnı 1970-ci illərin hiti olub.

Xanımı onu yanında görmək istəyirdi, Müslüm isə yalnız sənəti ilə məşğul olurdu:

“Mənə ansamblda o zaman üçün yaxşı pul ödənilirdi. Qastrolların çoxluğu məni ev qayğılarından uzaqlaşdırmışdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, xarakterim əxlaqlı evdar kişi rolunu oynamağa imkan vermirdi”.

Müəyyən dövrlər dostlarının dəvətilə ulu babası Maqometin vətənində yaşayıb. Qroznıda çətin olur. Qroznı filarmoniyasının direktoru ilə yola getməyən Müslüm xanımı ilə birgə Bakıya qayıdır. Qayıdandan sonra Ofeliya ilə ayrılır. 

Bir dəfə Müslüm SSRİ Xalq artisti Edita Pyexaya eşq elan edib. Xanım müğənni isə cavabında gülür:

"Axı mən evliyəm. Həm də mən səndən çox böyüyəm. Bəlkə gedib evlilik üçün yoldaşımdan icazə alasan?"

Müslüm sonralar daha bir evli qadına vurulur. Tamara Sinyavskayaya. İstəyinə nail də olur. Tamara ərindən boşanır və Müslümlə evlənir.

Onların toyunu Heydər Əliyev edir. Tamara xanım bu haqda müsahibəsində deyir:  “Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi.” 

Heydər Əliyevin səyi ilə 1973–cü ildə M.Maqomayevə 31 yaşında SSRİ Xalq artisti fəxri adı verilib. “İstiqlal” ordeni Müslüm Maqomayevə 2002-ci il sentyabrın 6-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təqdim olundu.  
Xruşov Müslümün çox populyar olan “Dünyanın ən gözəl şəhəri” mahnısı ilə SSRİ-də tvist janrına qadağa qoyub. Xruşşovun çevrilişinin səhəri günü radionun musiqi verilişləri redaksiyasının redaktoru efir rejissoruna deyir:

- Maqomayev Xruşşovu devirdi. Mahnını efirə buraxın…

Müslüm Maqomayev bütün dövrlər üçün  “Azərbaycan” haqqında ən gözəl mahnını oxudu.
Sovet qadınları, qızları onun fotolarından divar kağızları düzəldirdilər. 

Meydançalara helikopterlə enirdi. Onun avtomobilini qadınlar qaldırıb çiyinlərində daşıyırdılar. Əynindəki paltar cırılıb qadınların əlində qalırdı. 

Alla Puqaçova deyir: “Müslümə yaxın olmaq, ona toxunmaq üçün” adamlar vokal sənətini seçirdilər ki, bəlkə hardasa, kulisdə onu gördülər, toxundular.

Andropovla Brejnevin konsertlərə sırf ona qulaq asmaq üçün gəlirdilər.  “Malaya zemlya” mahnısını dinləyəndə isə Brejnev ağlayırdı.

SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümə aşiq olmuşdu.

Moskvanın “Bolşoy Teatr”ına dəvət olunan Maqomayev təklifdən imtina edib, Azərbaycana döndü. Burada Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdi.
“Bolşoy teatr”da oxumaq istəməməsini Müslüm Maqomayevin özü isə belə izah edirdi: “Mən ruhən azad insanam deyə, bir repertuar çərçivəsində qala bilmərəm, boğularam”. 
1969–cu ildə müğənni Sopot festivalında birinci mükafata, Kann festivalında isə “Qızıl val” mükafatına layiq görülür.

Fransadan geri döndükdən sonra müğənni Daxili İşlər nazirliyinə çağırılır. Konsert üçün təşkilatçılardan artıq məbləğ almışdı. Buna Mədəniyyət Nazirliyi tərəfindən icazə yox idi. Müğənni altı ay müddətinə efirdən və konsertlərdən uzaqlaşdırılır.

Bir neçə aydan sonra KQB-nin yubileyi idi. Andropov şəxsən özü Furtsevaya zəng vurur və yubileydə onun ifa etməsini tapşırır. Bu qərar Furtsevanın ürəyincə idi.

Bütün dünya səhnələrini fəth edən “fateh” uzun bir dövr Azərbaycan səhnəsində olmadı. Çünki həmin dövr Azərbaycanda mədəniyyət naziri, uşaqlıq dostu Polad Bülbüloğlu ilə arası soyuq idi. Müslüm Maqomayev bu haqda heç vaxt danıışmadı, amma çox incik köçdü dünyadan.

Həyat yoldaşı Tamara keçmiş naziri Müslümün dəfnində iştirak etməyə qoymadı. Kinorejissor Eldar Qliyev onu “Nizami” filmində baş rola çəkdi. Dost idilər. 

Müslüm Maqomayev onuun doğum günlərində həmişə Bakıda olardı. 

Maqomayev yalnız 41 yaşında ev alır. Adam ev, ailə adamı deyildi, səhnə ilə nəfəs alırdı.
Yelena Katkova adlı qadın illər sonra ondan bir uşaq dünyaya gətirdiyini iddia edib. Deyib ki, Maqomayevin bu uşaqdan xəbəri olub.

DNT testi keçirilib. İddia düz çıxmayıb. Müslüm Maqomayevlə bağlı birinci hadisə deyil. Vaxtilə ABŞ-da yaşayan Daniel Fiqotin adlı şəxs də özünü mərhum sənətkarın nikahdankənar oğlu adlandırmışdı. O, hətta Bakıya gələrək Fəxri xiyabanda sənətkarın qəbrini ziyarət edib. 
66 yaşlı əfsanə 2008-ci ilin  25 oktyabrinda ürək tutmasından vəfat edir. Bakıda “Azərbaycan” mahnısının sədaları altında I Fəxri Xiyabanda dəfn edilib. Pərəstişkarları həmin Filarmoniyadan İstiqlaliyyət küçəsi boyunca onu çiçək yağışına qərq ediblər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

Ceyhun Bayramov Roma Papası ilə görüşüb - FOTO

Ceyhun Bayramov Roma Papası ilə görüşüb - FOTO

Kəlbəcərdə vəhşi heyvan təsərrüfata HÜCUM ETDİ

Kəlbəcərdə vəhşi heyvan təsərrüfata HÜCUM ETDİ

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə ikitərəfli münasibətləri müzakirə etdi - FOTO

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə ikitərəfli münasibətləri müzakirə etdi - FOTO

Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ

Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ

Kevin Medinanın hazırkı durumu BƏLLİ OLDU

Kevin Medinanın hazırkı durumu BƏLLİ OLDU

Bu tarixdə Bakıda qar yağacaq

Bu tarixdə Bakıda qar yağacaq

Bakıda SSRİ bayrağı qaldıran şəxslərə ittiham ELAN OLUNDU - FOTO

Bakıda SSRİ bayrağı qaldıran şəxslərə ittiham ELAN OLUNDU - FOTO

Qvineya-Bisauda dövlət çevrilişi - Prezident həbs olundu

Qvineya-Bisauda dövlət çevrilişi - Prezident həbs olundu

Bakı Dövlət Sirki CƏRİMƏLƏNDİ

Bakı Dövlət Sirki CƏRİMƏLƏNDİ

FİFA prezidenti Livan vətəndaşı oldu

FİFA prezidenti Livan vətəndaşı oldu

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Bakıda bu piyada keçidi BAĞLANACAQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

Yanğın və partlayışdan sonra hava çirklənməsinin təhlükəsi – Pulmanoloqdan XƏBƏRDARLIQ

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

“Sanki o, ruslardan maaş alır” - ABŞ-da Uitkoffun istefasını tələb edirlər

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda avtomobili nömrəsiz idarə edən sürücü HƏBS EDİLDİ - VİDEO

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

Paşinyan Ermənistanın enerji şəbəkələrini türk şirkətinə satır

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd BƏLLİ OLDU

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Məktəblərin fəaliyyətinə QİYMƏT - Valideyn sorğusu başladı

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

Qarabağa qayıdan məcburi köçkünlərə ikiqat çörəkpulu verilirmi? – RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO