“QARA SEVDA”: 25 yaşında MƏŞHUR SEVGİLİSİNİ itirdi – Heç evlənmədi, onun arzularını yaşatdı

Bu layihə tanınmış insanların sevgi hekayəsini nəql edəcək. 

İlk qəhrəmanlarımız bəstəkar, “Ölkəm” romansının müəllifi Asəf Zeynallı ilə, ilk azərbaycanlı pianoçu-pedaqoq qadın Kövkəb Səfərəliyevadır. 

Kövkəb Səfərəliyeva  bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı dünyadan çox gənc köçüb, Kövkəb ondan sonra qəlbini heç kimə verməyib. 

Onlar hər ikisi Üzeyir bəy Hacıbəylinin sevimli tələbələri olublar. Sevgiləri də elə tələbəlik illərindən başlayıb. Dostluqları, qarşılıqlı anlaşmaları onların musiqi sahəsindəki birgə əməklərinin bəhrələnməsinə zəmin yaradıb. Bu münasibət get-gedə istiləşib, böyük məhəbbətə dönür. 
Böyük məhəbbət isə böyük işlərə qadirdir. Azərbaycan musiqisində birgə çox izləri var. Asəf Zeynallı onu əlindən tutub ilk səhnəyə çıxaranda – “sən böyük musiqiçi olacaqsan” - deyib.

Təhsil illərindən sonra Asəf Zeynallı Azərbaycan Dövlət Dram teatrının musiqi hissəsinə rəhbərlik edirdi. Kövkəb Səfərəliyeva isə orda orkestrdə piano ifaçısı kimi səhnəyə çıxırdı. Birlikdə gələcək üçün xəyallar qurur, Asəf Zeynallı musiqi bəstələyir, Kövkəb isə onu pianoda ifa edirdi. 

1932-ci ilin payızında Asəf Zeynallı çox gənc, 23 yaşında tif xəstəliyindən dünyasını dəyişir. Sonuncu bəstəsini can verdiyi xəstəxana palatasının divarlarına yazır. Təəssüf ki, onu ordan nota köçürən olmadığından silinib gedir. 

Kövkəb Səfərəliyyeva bu ağır itkidən uzun müddət özünə gələ bilmir. 

Asəf Zeynallı “Bayatı-Şiraz” muğamını çox sevərmiş. Bəstələdiyi əsərlərin hamısında “Bayatı-Şiraz”dan nə isə bir not keçir. Dahi Üzeyir bəy “Bayatı-Şiraz” haqqında deyib:

“Bədii – ruhi təsir cəhətdən “Bayatı-Şiraz” dinləyicidə qəmginlik hissi oyadır”. Asəf Zeynallının taleyi kimi...

Sonradan özünü ələ alan Kövkəb xanım bütün həyatını Asəfin də sevdiyi Azərbaycan musiqisinə həsr edir. Sevgilisinin ona arzuladığı kimi çox böyük musiqiçi ola bilir. Asəfi də öz qəlbində, çaldığı pianonun dillərində yaşadır və heç vaxt ailə qurmur. Asəfin qardaşlarının ailəsini öz ailəsi bilib, günlərini onlarla keçirərmiş.

1985-ci ilin iyununda Kövkəb xanım Səfərəliyeva dünyasını dəyişir. Fəxri xiyabanda tələbələrinin müşayiəti ilə torpağa tapşırılan professor haqqında tələbələri hamısı bir cümləni göz yaşları içində dəfələrlə təkrar edirdilər: 

“Kövkəb xanım bizim üçün həm musiqiçi, həm müəllim, həm də insan kimi etalondur”. 
Beləcə, ölüm Kövkəb Səfərəliyevanı Asəf Zeynallıya qovuşdurur. Kövkəb xanımın Azərbaycan maarifçiliyi tarixində böyük xidmətləri var.

Bülbülün adını daşıyan orta ixtisas musiqi məktəbini Kövkəb xanım yaradıb. Sonradan tələbələri bu ocağa onun adının verilməsi ilə bağlı çox çalışıblar, nəticədə başqa bir musiqi ocağına - 16 saylı musiqi məktəbinə Kövkəb xanımın adının verilməsinə nail ola biliblər. 

Üzeyir bəyin ən yaxın silahdaşı olub. Azərbaycanda qadın xorunun yaranmasında əməyi var. Azərbaycan muğam və xalq musiqilərini nota köçürən Üzeyir bəylə bu yolda çiyin-çiyinə çalışıb. 

Fortepianonu beş barmağı kimi bilən bu qadın təhsil aldığı konservatoriyanın rektorluğuna qədər ucalıb. Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün topluların tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Asəf Zeynallının isə milli musiqi sənətində silinməz izi var. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir.
Piano üçün “Uşaq süitası” silsiləsi,  “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş görüb. “İbtidai not savadı” adlı dərslik tərtib edib. Bütün bu işlərdə ona Kövkəb xanım yardımçı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Novruz bayramıdır

Bu gün Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

End of content

No more pages to load

RADİO