Kino günündə doğulan Fəxrəddin Manafovun əsgərlik MƏCARALARI – “Bir dəfə ermənini elə döydü ki...” – EKSKLÜZİV FOTO

Bu Azərbaycanda kino günü, kino günündə isə hamının sevimlisi olan kino aktyor Fəxrəddin Manafovun ad günüdür.

Bizim.Media onunla nə müsahibə, nə də doğum gününə özəl bir resenziya təqdim edir. Sadəcə, bir zaman onunla birlikdə əsgəri xidmət keçmiş Cianşah Ömərovun öz əsgərlik yoldaşı haqqında xatirələrini bölüşəcəyik.

Cianşah Ömərov Fəxrəddin Manfovla 1975-77-ci illərdə Almaniyanın Stendal şəhərində hərbi xidmətdə olublar. Cianşah aktyorla bir yerdə əşya təminatı xidməti rəisinin köməkçisi vəzifəsində çalışıb.

Amma Fəxrəddin Manafov o zaman heç aktyor deyildi. Dostu deyir ki, əsgərlikdən sonra bir dəfə də olsun onunla görüşməyib. Bunun da çox ilgink səbəbi var:

"O, mənim yaddaşımda çox səmimi və cəsarətli oğlan kimi qalıb. Mən Stendal şəhərində yerləşən hərbi hissənin tank batalyonunda 10 gün olardı xidmətə başlamışdım. Xidmətdə yüzə yaxın azərbaycanlı, digər millətlərdən əsgərlər var idi. Fəxrəddin altı ay əvvəlki çağırışa aid idi. Yaxınlaşmağımızın səbəbi rus dilini yaxşı bilməyim oldu. Bir gün oturduğumuz yerdə bir nəfər bizə yaxınlaşdı ki, aranızda kim rus dilini yaxşı bilir, mən də qayıtdım ki, danışa bilirəm. Məni götürüb komandə təqdim etdi və birlikdə çalışmağa başladıq. Zamanla sözü-sirri bir olan yaxın dost olduq.Yoldaşlar arasında mən boks üzrə dvizyanın çempionu idim. Fəxrəddinsə dava-dalaşdan geri durmazdı, dəliqanlıydı.
 

Bir sözlə, qabağından yeyən oğlan deyildi.  Deməli, bizim vzvod komandirimiz milliyətcə erməniydi. Guya özünü bizlərə göstərirdi. Bir dəfə danışığını bilmədi, böyük dava düşdü. Fəxrəddin ermənini o qədər döymüşdü ki, inanmıram indiyə qədər onu unuda bilsin. Bəhsə girərəm, indi də Fəxrəddinin kinolarına baxdıqca, döyüldüyü günü xatırlayır”. 


Müsahibimiz onu da bildirdi ki, Fəxrəddinin o vaxtdan aktyorluğa marağı vardı:

“Danışırdı ki, əsgərə gələnədək kinomexanik işləyib. İşlədiyi vaxtdan kinonu çox sevib. Baxdığı kinolardan, getdiyi tamaşalardan yadında qalan obrazları yamsılayardı.  Özünəməxsus romantik tərzi vardı. Onun romantik tərzi kinolarında açıq-aşkar hiss olunur. Bilirdik ki, gec-tez kino sahəsində arzusuna çatacaq, ancaq bu cür məşhur olacağını gözləmirdik. Fəxrədinin öz adı xoşuna gəlmirdi. Biz üç yoldaş, üç muşketyor idik. Aramızda Fərhad vardı. Fəxrəddinin Fərhadın adından dəhşət xoşu gəlirdi. Deyirdi ki, ad belə olar ey, FƏRHAD” 

Cianşah Ömərov danışır ki, xidmətimizi başa vurub ayrılanda özümüzə söz verdik ki, həyatda da dostluğumuzu davam etdirək:

“Fəxrəddin o vaxt Yasamalda Musabəyov küçəsində yaşadığını demişdi. Hərbi xidmətimi başa vuranda sonra dediyi ünvana gedəndə təəssüflər olsun ki, evlər sökülmüşdü. Sakinlərinin hara köçürüldüyündən xəbər verən də olmadı. Fəxrəddin də o vaxt tanınmış insan deyildi ki, axtarıb tapmaq asan olsun. Bir də Rusiyada Sverdlovsk Hüquq İnstitutunu bitirdikdən sonra Azərbaycana qayıdıb Fəxrəddini axtarmağa başladım. Artıq vəkil kimi fəaliyyət göstərirdim. Səhv etmirəmsə "Şortik na labovom stekle" kinosuna baxandan sonra bildim ki, oynayan bizim Fəxrəddindir. Sonradan filmləri, oynadığı obrazları çoxaldı və sevildi. Ən çox xoşladığım filmi “Ölsəm bağışla”dır. Əslində bütün filmləri möhtəşəmdir”. 

Cianşah deyir ki, sonra yaşadığı ünvanı tapdım. Ancaq özüm görüşmədim, fikirləşdim ki, elə bilər məşhur olduğu üçün onu axtarıram:

“Amma Fəxrəddinə olan bağlılığımı ailəm, uşaqlarım və digər dostlarım yaxşı bilir. Övladlarım onun filmlərini çox izləyir. Xüsusilə, "Təhminə və Zaur"-u çox sevirlər. “Ata dostunun kinosuna baxırıq” deyirlər. Telman adlı dostum var, Fəxrəddinin nömrəini mənim üçün tapmışdı. Telefonda Fəxrəddinin səsini eşidəndə həyəcanlandım. Sevincdən gözlərim dolmuşdu. Əsgərlik xatirələrimizdən danışdıq. Bir-birimizlə görüşəcəyimizi söz verdik. Təəssüflər olsun, hələ də görüşə bilməmişik”. 

Cianşah Ömərov soruşduq ki, bəs Fəxrəddin Manafov sizi niyə heç axtarmayıb? Bildirdi ki, mənim adım əvvəllər Dias olub, Fəxrəddin də məni belə tanıyırdı:

“Amma mən sonradan adımı dəyişdirib Cianşah elədim. Hərdən düşünürəm ki, bəlkə də Fəxrəddin nə vaxtsa məni soraqlayıb, tapa bilməyib. Axı, o, məni Diaş kimi tanıyıb”. 

İndi görüşməmək üçün heç bir səbəb olmasa da iki əsgərlik dostunun görüşü hələ də baş tutmayıb. Bunun səbəbini isə indi yazmaq istəmirik. 

Çünki bu gün həm Milli Kino Günü, həm də böyük aktyorumuzun doğum tarixidir. Bizim.Media və dostu Ciahşah Ömərovun adından sevimli sənətkarımızı hər iki səbədən təbrik edirik!

Ehtiram Muradov, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

Nepalda ölənlərin sayı 72-yə çatdı

Nepalda ölənlərin sayı 72-yə çatdı

ABŞ dövlət katibi İsrailə GETDİ

ABŞ dövlət katibi İsrailə GETDİ

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

End of content

No more pages to load

RADİO