Kinorejissor Şamil Nəcəfzadə: “Azərbaycandan getməyimin səbəbi qızımla bağlı idi”

Azərbaycanın əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə artıq 7 ildir Amerikada yaşayır. O, ABŞ-da özü üçün “Frame” kino məktəbi də yaradıb. Şamil Nəcəfzadə Azərbaycanda rejissor kimi, “Qala”, “Səma şairi”, “Üfüqü ötənlər”, “Sehirli bənövşə” bədii və sənədli filmlərini çəkib. Əvvəllər isə rəssamlıq edib. Xalq rəssamı Kamil Nəcəfzadənin oğludur. 

Bəs, görək ABŞ-da nə işlə məşğuldur, Azərbaycan kinosu haqqında mühacirətə getdikdən sonra nə düşünür? Başladıq söhbətə:

- Şamil bəy, necə oldu ki, vətəni tərk edib Amerikada yaşamağa qərar verdiniz?

- Azərbaycandan maddi və siyasi səbəblərə görə getməmişəm. Amerikaya getməyimin əsas səbəbi övladımın gələcəyi idi və əgər qızımın oradakı işi alınmasaydı, qayıdıb geri gələcəkdim. Çünki mən Azərbaycanda olanda da hər il filmlər çəkirdim. Əgər siz mənim film bioqrafiyama baxsanız, bunun asanlıqla təsdiqini tapa bilərsiniz.

Mənim kiçik qızım Məryəm Atlantik okeanı sahilinin ən məşhur teatrlarından olan “Sineyti Kitr” teatrında özünə iş tapdı və başlıca rolların ifaçısından birinə çevrildi. Bununla əlaqədar olaraq mən də onunla Amerikaya yollandım. 

Mən Amerikaya gedəndə düşünmürdüm ki, orada uzun müddət qalacağam, amma mənim oraya getməyimlə Azərbaycan kinosunda yaranan problemlər sanki üst-üstə düşdü. Mən Amerikada olmağıma baxmayaraq, Azərbaycan kinosunda baş verən hadisələri diqqətlə izləyirəm. 

- Bu ilin mart ayında prezident İlham Əliyev “Kino Agentliyinin” yaradılması ilə bağlı sərəncam imzaladı. Sizcə agentliyin fəaliyyəti uzun müddətdir durğunluq davam edən kinomuzda inkişaf yarada biləcəkmi? 


- Agentlik tərəfindən yeni filmlərlə bağlı müsabiqə elan olunduğu zaman mən də ora qatılmağa çalışacağam. Düzü kinomuzun inkişafı Kino Agentliyinin yaradılmasından daha çox onun necə idarə olunacağından asılıdır. Əgər obyektiv yanaşma, düzgün qurulmuş idarəçilik olarsa, uğurlu nəticələrə nail ola bilərik. Çox ehtimal ki, yeni yaranan agentliyin büdcəsi də müəyyən qədər standartlara cavab verəcək.

Mən təklif edərdim ki, hər hansı bir müsabiqə elan olunduğu zaman ora qatılan bütün filmlər agentliyin saytında yerləşdirilsin və mövzuları qeyd olunsun. Adətən buradakı film müsabiqələri zamanı ora qatılan filmlər haqqında geniş ictimaiyyətə heç bir məlumat verilmir. Əgər agentlik məni qane edəcək səviyyədə müsabiqələr təşkil etsə, mən də o müsabiqələrə qatılıb burada yeni filmlər hazırlamaq istərdim.

- Bəs necə oldu ki, siz Amerikada öz film məktəbinizi yaratdınız? 

- Amerikada  əksəriyyəti 11-12 yaşlı uşaqlardan ibarət olan “Teenages” - yəni yeniyetmə adlandırılan yaş qrupu ilə tanış oldum. Orada dərsdən sonra uşaqlar və yeniyetmələr müəyyən bir sahə ilə məşğul olmağa başlayırlar ki, bu da məktəbi bitirən zaman onlara çox kömək olur.

Mən də film sahəsindəki müəllimlik təcrübəmə əsaslanaraq məhz yeniyetmə yaş kateqoriyasına aid olan uşaqlar üçün “FRAME” kino məktəbini yaratmaq qərarına gəldim və ailə üzvlərimin dəstəyi ilə bunu həyata keçirdim. Şənbə və Bazar günləri bu məktəbdə uşaqlara kino dərsləri verilir, çünki Amerikada məktəblərdə kinoya aid heç nə öyrədilmir.

- Sizcə hazırda Azərbaycan kinosunu geri salan əsas səbəb hansıdır?

- Azərbaycanda film istehsalı çox zəif aparılır. Film istehsal edə bilməsən, onu dünyaya da çıxara bilməyəcəksən. Bunun üçün kinoya ayrılan maliyyə artırılmalıdır. İstehsal artırıldığı zaman zəif filmlərlə yanaşı, sözün əsl mənasında dəyərlərli sənət əsərləri də ortaya çıxacaq.

- Bəzi ölkələr var ki, onlar film istehsalına təbliğat maşını kimi baxırlar. Bu yanaşmanı necə dəyərləndirərdiz?

- Əgər filmlə ölkənin imkanlarını, mədəniyyətini, adət-ənənələrini tanıtdıracaqsansa, niyə də olmasın?

Biz Azərbaycanı təkcə  siyasi meydanlarda yox, eləcə də filmlərimizlə tanıtdırmalıyıq. Azərbaycanın çox geniş imkanları var. 
- Nə vaxtsa Amerikadakı işlərinizdən imtina edərək yenidən Azərbaycana qayıdıb işləmək istərdinizmi?

- Burada ən azı maraqlı bir layihə və maddi imkan olmalıdır ki, mən orada qurduğum işimdən imtina edib geri dönüm. Çünki mən oradan qayıdanda oradakı işlərim dayanacaq. Amerikada qurduğum işləri qurban verməyə dəyən bir layihə olsa, məmnuniyyətlə qayıdıb Azərbaycanda işləyərəm. Mən Amerikada olduğum 7 il ərzində Azərbaycandan uzaqlaşmamışam.

Həmişə Azərbaycana gəlib kino sahəsi ilə bağlı məlumat almışam və mənə deyiblər ki, burada bəzi maddi problemlərdən dolayı film istehsalında durğunluq var. Məlumat alırdım ki, bu gün filmlərə ayrılan vəsait ancaq bir neçə qısametrajı filmlər çəkməyə imkan verir. Mən isə bura qayıdıb qısametrajlı filmlər çəkmək niyyətində deyiləm.

Təəssüf ki, hazırda Azərbaycanda kino mühiti yoxdur. SSRİ dağılana qədər Azərbaycanda bu mühit var idi. Misal üçün kinostudiyanın həyətinə gələn zaman oradan çəkilişə getməyə hazırlaşan azı 4-5 film qrupu ilə qarşılaşırdın.

Pavilyonların qarşısında adətən növbə olurdu. Bəzən dəhlizlərdə yaxınlaşıb yaradıcı heyətlə müzakirələr aparırdın. İndi idə bir-iki film istehsal etməklə, belə mühit yaratmaq qeyri-mümkündür.
- Bəs Amerikada olduğunuz müddətdə məhz film sektorunda çoxmu inkişaf etmisiniz?

- Orada olan geniş praktiki imkanlardan istifadə edərək, mən də öz yanaşmamda bəzi yeniliklər etdim. Belə ki, burada filmlərimin montajını mənim montajçım edirdisə, indi artıq montajın bütün incəliklərinə bələdəm. Həmçinin Amerikada çəkdiyim sənədli filmdə iki kamera ilə operatorsuz məhz özüm işləmişəm. Bu zaman kinoda təsvir və kompozisiya qaydalarını bilməyim də mənə xeyli kömək etdi. 

- İnkişafdan danışdıq. Bu mənada Azərbaycanda film sahəsinin inkişafında gənclərin rolu mütləqdir. Sizi yaxşı mənada təəccübləndirən hər hansı gənc rejissorumuzu tanıyırsınızmı?

- Vaxtilə tələbəm olan Ülviyyə Əhmədova göstərdiyi yeni filmi ilə məni yaxşı mənada təəccübləndirdi. Filmin məzmunu Qarabağ müharibəsi haqqındadır. Birinci Qarabağ müharibəsinə yollanan 11-12 yaşlı uşaqlar cəbhədə olan döyüşçülərə yardım edirlər və orada olan beş nəfərdən indi cəmi ikisi sağ qalıb.

Rejissor filmində məhz o uşaqları taparaq onlar haqqında film hazırlayıb. Filmin ideyası məni çox valeh etdi.
Digər gənclərdən isə əfsuslar olsun ki, heç kimi tanımıram. Əgər mənə kimliyindən asılı olmayaraq hər hansı bir gənc internet vasitəsilə öz filmini göndərsə, mən məmnuniyyətlə izləyərək ona fikirlərimi bildirərəm. 

Leyla Şah, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu avtomobilləri alanlara ŞAD XƏBƏR - Güzəşt müddəti uzadılır?

Bu avtomobilləri alanlara ŞAD XƏBƏR - Güzəşt müddəti uzadılır?

Vəkil Cavidan Osmanlı ilə bağlı cinayət işi açıldı

Vəkil Cavidan Osmanlı ilə bağlı cinayət işi açıldı

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Bu səlahiyyət icra başçılarından ALINIR

Bu səlahiyyət icra başçılarından ALINIR

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

"Analar bunu övladına hiss etdirməməlidir"

"Analar bunu övladına hiss etdirməməlidir"

Babək Şahbazi edam edildi - FOTO

Babək Şahbazi edam edildi - FOTO

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO