Xalq artisti Firəngiz Mütəllimova növbəti dəfə doğma yurdu Şuşaya yollanıb.
Bizim.Media xəbər verir ki, aktrisa Şuşada AzTV-nin çəkdiyi proqramda yer alıb.
F.Mütəllimova “Cıdır Düzü”ndə çəkdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb. Aktrisa ən böyük arzusuna çatdığını açığını açıqlayıb.
"Ən böyük arzularımdan biri Şuşada çəkilişdə olmaq idi. Xəyallarımı gerçəkləşdirən Allaha min şükürlər olsun. Doğma kanal AzTV-nin möhtəşəm və yaddaqalan yeni layihəsində...” – deyə, Xalq artisti yazıb.
Xatırladaq ki, F.Mütəllimova ilə birlikdə sözügedən proqramda onun bacısı Nərgiz Mütəllimova, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Sənubər İsgəndərli və digər məşhurlar çəkilib.
Rəşad Əliyev, Bizim.Media