Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olundu - FOTO

Milli Xalça Muzeyində professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi "Lǝmpǝ" xalçasının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova sözügedən unikal hədiyyənin mahiyyətindən danışıb.

O bildirib ki, son dövrlər muzeyə olduqca unikal eksponatlar təqdim edilir və bütün bunlar muzeyin fondunu zənginləşdirir:

“Hətta bəzən insanlar öz şəxsi kolleksiyalarından bizə nümunələr hədiyyə edirlər. Təqdim edilən hər bir eksponat bizim üçün çox əhəmiyyətlidir".

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva isə təqdimatın xüsusiliyinə diqqət çəkib:

"Bu dəyərli hədiyyəyə görə Elmira xanıma həm öz adımdan, həm də mədəniyyət camiəsi adından təşəkkür edirəm. Qarabağ və onun mədəniyyəti bizlər üçün olduqca dəyərlidir. Bu mədəni nümunələr bizim milli sərvətimizdir".

Qeyd edək ki, "Ləmpə" xalçası 1930-cu illərdə Şuşada toxunub. Bu cür xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. "Şuşa" adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu.

"Ləmpə" xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarǝ) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.
"Lǝmpə" xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi – FOTO

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi – FOTO

DYP-dən yağıntılı hava ilə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən yağıntılı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Sürətli yeriş xərçəng riskini azaldır?

Sürətli yeriş xərçəng riskini azaldır?

Çempionlar Liqası: İlk oyun günündə 6 görüş reallaşdı - NƏTİCƏLƏR

Çempionlar Liqası: İlk oyun günündə 6 görüş reallaşdı - NƏTİCƏLƏR

5 bürc üçün bu həftə eşqlə dolu olacaq

5 bürc üçün bu həftə eşqlə dolu olacaq

Zelenski: “Putinlə heç bir şərt olmadan görüşməyə hazıram”

Zelenski: “Putinlə heç bir şərt olmadan görüşməyə hazıram”

"Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

"Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi

“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi

Kredit borcu olanların NƏZƏRİNƏ

Kredit borcu olanların NƏZƏRİNƏ

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Qurban Qurbanovdan tarixi qələbəyə REAKSİYA

Qurban Qurbanovdan tarixi qələbəyə REAKSİYA

BİZİM TƏQVİM:17 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 sentyabrda baş vermiş tarixi hadisələr

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO