Mədəniyyət Nazirliyi “Fantaziya” hamamını bərpa etməyə niyə icazə vermir? - TƏFƏRRÜAT 

Qədim Bakının haqqında söz etdirən abidələrindən biri də “Fantaziya” hamamıdır. Mən də atamdan eşitmişdim və heç bilmirdim ki, bu hamam harada yerləşir. Haqqında vikiməlumatları araşdıranda anladım ki, düz 3 əsrə şahidlik edən bu tikilinin bir zamanlar çal-çağırlı dövranı olub. İndi isə günbəgün inkişaf edən Bakının düz mərkəzində xarabalığa çevrilib.

Xatırladaq ki, layihəsini şəhərin ilk baş planının tərtibatçısı olmuş memar Nikolay Fon Der Nonnenin verdiyi “Fantaziya” hamamı 1886-cı ildə istifadəyə verilib.

Hələ iki əsr öncə Kaspi qəzeti Fantaziyanın Azərbaycanda Avropa üslubunda ilk hamam olması haqqında ətraflı məlumat verirdi. “Fantaziya” hamamı həmçinin Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub.
Bizim.Media “Fantaziya”nın sönük günlərindən reportaj hazırlamaq üçün Dilarə Əliyeva küçəsində hamamın yerləşdiyi ərazidə olub.

Rastlaşdığımız mənzərə isə bizi heç şaşırtmadı. Hamamın qapısına üst-üstə vurulan qıfıllar buraya çoxdan heç kimin gəlmədiyindən xəbər verir. Ərazidə olan gənclərin çoxu tikilinin tarixi haqqında məlumatsızdır. 

Yaşlı nəslin nümayəndələrindən olan Ruslan Quliyev isə əməkdaşlarımızla söhbətində bildirdi ki, bir zamanlar Bakıda yaşayan digər xalqların nümayəndələri bu məşhur tikilinin möhtəşəmliyini göstərmək üçün xaricdən gələn qonaqlarını məhz “Fantaziya” hamamına gətirərdilər:

“Belə dəbdəbəli hamam o dövrdə Qafqazda  yaşayan heç bir xalqda olmayıb. Mənim xatırladığım zamanlarda hamamda xeyli sayda işçi çalışırdı və onların hər biri öz işlərinin peşəkarları idi. Hamamdakı qiymətlər də heç vaxt baha olmayıb. Bir növ varlılarla yanaşı, kasıb əhalinin də cibinə görə hesablanmışdı”.

Ruslan kişinin sözlərinə görə hamamın istifadəsinə uzun illərdir ki, Rafiq adlı şəxs nəzarət etsə də, 7 il öncə o vəfat etdi və hamamın qapıları o gündən bu günə kimi qıfıllandı:

“Bir ay öncə kimsə sahiblərdən biri gəlmişdi ki, buraları abıra salsın, hətta hamamı hasarlamışdı da. Amma deyilənə görə, dərhal yuxarılardan çəkiliş göndərib iki televiziya kanalına reportaj elətdirdilər və bərpa cəhdi yarımçıq qaldı. Adam işini buraxıb getdi”.
Ruslan Quliyev söyləməsinə görə, söhbət gəzir ki, hamamı keçmiş sahibinin varisinin əlindən almaq istəyirlər. Ona görə də gözdən salırlar ki, məcbur olub sahibi imtina etsin:

“Başqa vaxtı abadlıqdan danışırlar. Mədəniyyət nazirliyinin hamamın təmirinə imkan verməməsini biz də başa düşmədik. Mədəni İrsin Qorunması idarəsi var deyirlər, məgər belə qoruyurlar? Qoruya bilmirlərsə, heç olmasa adamlara imkan versinlər, öz sahibi təmir etdirsin də. Belə bir məsəl var ey, deyirlər,

“Hamam hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik eylər,
Köhnə hamam içində”.

Amma biz kimin dəvə, kimin isə dəllək olduğunu bilmədik. Kimlərsə gəlib işə başladı, başqa biriləri də gəlib onları dayandırdı. Camaat da bilmədi ki, nə baş verir. Bura tarix olduğu üçün bizim də haqqımız çatır ki, prosesdən xəbərimiz olsun”.

Böyük bir zibilliyə çevirilən məşhur tarixi tikilinin önündə yerli əhəmiyyətli abidə olduğu və dövlət tərəfindən qorunduğunu əks etdirən kiçik lövhə yapışdırılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli də deyir ki, “Fantaziya” hamamı dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir.
Qanunvericiliyə uyğun olaraq abidənin qorunması, eləcə də bərpa-konservasiya işlərinin aparılmasına nəzarəti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti həyata keçirir:

“Amma tarixi abidə xüsusi mülkiyyətdədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunması, salamatlığının təmin edilməsi və istifadəsinə dair mühafizə müqaviləsi bağlayır. Belə bir müqavilə Fantaziya hamamının mülkiyyətçisi ilə də bağlanılıb.

Bildiyiniz kimi, bir müddət öncə Fantaziya hamamının ətrafı hasarlanmışdı.

Orada aparılacaq hər hansı tikinti işləri ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilmədiyindən qurum tərəfindən iş icraçılarına xəbərdarlıq edilib.
İzah edilib ki, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər bərpa konservasiya işləri apararkən, həyata keçiriləcək işlərin layihəsini Dövlət Xidmətinə təqdim etməlidirlər.

Bərpa-konservasiya işləri layihə təsdiq edildikdən sonra, mütəxəssislərimizin nəzarəti altında həyata keçirilə bilər. Tarixi abidədə aparılacaq bərpa-konservasiya işləri haqqında qanunvericiliyin tələbləri detallı şəkildə diqqətə çatdırılıb”.

Rəşad Orucoğlu, Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

End of content

No more pages to load

RADİO