''UNESCO-nun qərəzi imicini zədələyir'' - Mədəniyyət naziri

Mədəniyyət naziri Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi  Qulam İsakzai arasında sonuncunun xahişi ilə onlayn formatda görüş keçirilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə nazirlik ilə BMT və BMT-nin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Q.İsakzai Azərbaycan ilə BMT arasında uzun müddətdir ki, sıx əməkdaşlığın mövcud olduğunu, ölkəmizin BMT-nin müxtəlif fəaliyyətlərinə dəstək verdiyini vurğulayıb, gələcəkdə bu əməkdaşlığın eyni ruhda davam edəcəyinə inamını ifadə edib.

A.Kərimov Azərbaycan ilə BMT arasında Mədəniyyət Nazirliyinin fəaliyyət sahələrində sıx əməkdaşlıq münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb.

BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO ilə münasibətlərin inkişafı üçün dövlət başçısı İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu, ölkəmizin təşkilatın prinsip və dəyərlərinə daim sadiq olduğunu bildirərək, bu məsələdə Təşkilatdan da adekvat yanaşmanın, ədalətli mövqenin gözlənildiyini ifadə edib.

Nazir son dövrlərdə UNESCO-nun erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamalarının Azərbaycan tərəfində məyusluq yaratdığını bildirib:

“Halbuki, bizim tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı diqqətə çatdırılıb”.

Q.İsakzai UNESCO tərəfindən onunla da müəyyən təmasların olduğunu bildirərək missiya ilə bağlı Azərbaycan tərəfinin mövqeyinə aydınlıq gətirilməsini xahiş edib.

A.Kərimov bildirib ki, son 30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciət ünvanlayıb:

“Lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib. Təəssüflə qeyd edilməlidir ki, hazırkı müzakirələr fonunda UNESCO tərəfindən Azərbaycanı əsassız olaraq günahlandıran açıqlamaların verilməsi təşkilatın qərəzsizliyini və öz nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına salır”.

A.Kərimov Azərbaycan tərəfinin həmin ərazilərə monitorinq missiyasının göndərilməsində hamıdan daha çox maraqlı olduğunu, lakin həmin missiyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına, eləcə də beynəlxalq hüququn digər prinsiplərinə hörmət çərçivəsində, mənşəyinə və dini xarakterinə heç bir ayrı-seçkilik qoyulmadan bütün abidələrin və mədəniyyət obyektləri üzərində təşkilini dəstəkləyir:

''UNESCO tərəfindən bu kimi açıqlamalarının verilməsi bizim cəmiyyətimizdə ciddi narazılıq yaradır ki, bu da təəssüflər olsun, təşkilatın imicini zədələyir''.

''Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcək''.

A.Kərimov Q.İsaqzayin BMT-nin rezident əlaqələndiricisi qismində fəaliyyətinin Azərbaycan-BMT münasibətləri kontekstində önəmli olduğunu qeyd edib və onun tərəfindən azad edilmiş ərazilərdə vəziyyəti qiymətləndirib, bu məlumatın BMT qurumlarına olduğu kimi çatdırılmasında böyük rol oynadığını diqqətinə çatdırıb.

Q.İsaqzai ölkəmizin mövqeyini anlayışla qarşıladığını və 44 günlük müharibə ərzində baş verən hadisələr və azad edilmiş ərazilərdə real vəziyyət haqqında BMT qurumlarına obyektiv məlumatlar çatdıracağına davam edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

End of content

No more pages to load

RADİO