Azərbaycanın görkəmli teatr rejissoru, xalq artisti, ssenari müəllifi, aktyor Vaqif Əsədov dəfn edilib.
Bizim.Media xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Dəfndə mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Vaqif Əsədov dünən vəfat edib.
Bizim.Media