“TRT-də çıxışıma görə konvertdə 350 dollar verdilər” - Mübariz Tağıyev 

“Verilişlərə gec-gec çıxmağım səhhətimlə əlaqəli deyil. Müəyyən verilişlər var ki, iştirak etmək istəmirəm, seçim edirəm. Məni daha çox AzTV-də, İTV-də və Xəzər TV-də görə bilərsiniz”.  

Bu sözləri Xalq artisti Mübariz Tağıyev Bizim Media-nın əməkdaşı ilə söhbətində deyib.

O qeyd edib ki, müəyyən verilişlər var ki, reytinq naminə ağsaqqal sənətkarları qonaq çağırırlar:

“Mən bunu hörmətsizlik kimi qəbul edirəm. Çünki qonağa mənasız suallar verirlər. Bunun adı hörmətsizlikdir. Ancaq öz maraqlarını güdürlər, təki reytinq toplasınlar. Verilişlərdən narazı deyiləm. Sadəcə, elə proqramlar var ki, həddən artıq “cılızdır”. Reytinq qazanmaq üçün verilişlərdə əllərindən gələni edirlər. İstəyimiz odur ki, yaxşını görək”.  

AzTV-dəki "Bədii Şura"nın üzvü olmuş Xalq artisti qurumun fəaliyyətinin davam etdiyini söyləsə də, hazırda üzvlükdən çıxdığını söyləyib.  

"AzTV-də "Bədii Şura" var və fəaliyyətini hazırda davam etdirir. Hər il Şuranın üzvləri dəyişir. Şuranın üzvü olanda əlimdən gələni etmək istəyirdim. Hansısa alınırdı, hansısa yox. Hazırda "Bədii Şura"nın rəhbəri Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır. Artıq Şuranın üzvü deyiləm. Hazırda musiqi aləmindən Şuranın üzvü Xalq artisti Eldar Mansurovdur".  

M.Tağıyev eyni zamanda, bir sıra sənətçilərin verilişlərə qatılmaq üçün qonorar tələb etməsi məsələsinə də münasibət bildirib. O, qardaş ölkədə Türkiyənin "TRT" kanalındakı çıxışına görə qonorar aldığını açıqlayıb:

"Yaşımın o vaxtıdır ki, mən heç kimdən belə bir şey tələb edə bilmərəm. Çiynimdə məsuliyyət var. Xalqın artistiyəm. Bu çox məsuliyyətli və çətin fəxri ad, tituldur. 50-60 il yığdığın hörməti bir saniyədə itirə bilərsən. Gərək nümunə olasan. Əgər verilişə çıxmaq üçün  istədiyin qonorarı sənə verməyəcəklərsə, bunu dilə gətirməyin mənası yoxdur. Televiziyaların incəsənət nümayəndələrinə çıxışlarına görə qonorar ödənilmə məsələsi birdəfəlik həll olunmalıdır. Dünyanın istənilən ölkəsində, heç uzağa getməyək, Türkiyədə sənət adamları televiziyalara qonorar müqabilində verilişlərə qatılırlar. Bir müddət əvvəl TRT-də çıxışım oldu. Bir mahnı oxudum, çıxışımı yekunlaşdırdım.
 

Mənə konvertdə 350 dollar verdilər. Onlara söylədim ki, axı mən bura pul üçün gəlmədim? Sonra məlum oldu ki, onların efirlərinə çıxan müğənnilərə müəyyən miqdarda qonorar ödənilir.


İndi siz təsəvvür edin ki, əgər bir müğənniyə bir mahnıya görə 350 dollar ödənilirsə, görün 30 dəqiqəlik konsert çıxışı olsa, nə qədər qonorar verirlər. Burada artıq söhbət 30.000 dollar və daha çox qonorardan gedir. Bizdə də bu məsələ həll olunacaq, amma nə zaman, bunu artıq bilmirəm".

Müğənnilər Natavan Həbibi və Xatirə İslamın televiziya rəhbərlərindən çıxışları müqabilində qonorar istəməsinə M.Tağıyev həmfikir olduğunu vurğulayıb:

"Natavanın və Xatirənin televiziyalardan pul istəməsi normaldır. Mən onlarla bu mövzuda həmfikirəm. Bu təkcə televiziyalarda yayımlanan verilişlərə deyil, eləcə də keçirilən tədbirlərə aiddir. Nələrəsə görə, adam utanır deməyə ki, müəyyən tədbirdə gəldim çıxış etdim, ona görə haqqımı verməlisən. Çünki zamanını sərf edirsən, çıxış edirsən. Buna görə də sənətçilərə mütləq qonorar ödənilməlidir".  

Rəşad Əliyev Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

End of content

No more pages to load

RADİO