Çəkiliş meydançasında insult keçirən azərbaycanlı aktrisanın ACI HƏYATI - Oğlu intihar etdi, əri isə...

“Xəstələnmişəm. Əsəb keçirtdim, insult vurdu məni. Hazırda ayaqlarımda ciddi problemlər var. Gəzə bilmirəm. Evimin içində çomaqla gəzirəm ki yıxılmayım. Başım fırlanır, beynimə qan çatmır. Yıxılmaq təhlükəm yüksəkdir. Dəfələrlə evin içində özümü pis hiss etmişəm, başım gicəllənib yıxılıb, qalmışam. Mənə fizioterapiya lazımdır. Ona da mənim imkanım yoxdur". 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman və məşhur aktrisası Məsumə Babayeva deyib.  

Səhhətində ciddi problemlərin olduğunu vurğulayan Məsumə Babayeva heç kimdən yardım və kömək almadığını söyləyib.  

"Heç kim mənə yardım etmir. Öz puluma, qazancıma müalicələrimi edirəm. Uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlikdən dişlərim tamamən töküldü. Öz puluma dişlərimi düzəltdirdim". 

Sənətkar xanım Mədəniyyət Nazirliyindən də şikayətini gizlətməyib.  

"70 yaşım var. Mədəniyyət Nazirliyi mənimlə niyə maraqlansın ki?! 70 illik yubileyim münasibəti ilə adımı teatra yazıb, birdəfəlik 600 manat yardım ayırdılar. O pulu da kartıma köçürtdülər, xərclədim getdi. İndiki zamanda 600 manat nə puldur? Sonuncu 10 manatı da dünən xərcləmişəm". 

Yüzlərlə obrazlar yaradan M. Babayeva hələ də fəxri adının olmamasını dilə gətirib.  

"21 yaşından teatrda çalışıram. İllər əvvəl teatrda heç kim fəxri ad almamışdı. Həsən Əbluc, Taryel Qasımov, Xuraman Hacıyeva, Solmaz Qurbanova, Ağaxan Salmanlı kimi gözəl həmkarlarım teatrda işləyirdi. Onlar 20-25 il teatrda çalışsalar da, fəxri adları yox idi. Teatrın 50 illiyində mən də fəxri ad almalı idim. Moskvada "Ay can" tamaşası oynadım. Orada oğlan rolunu ifa etdim və Azərbaycana səs saldım. Lakin o zamanlar dəfələrlə fəxri adla bağlı müraciətlər etsəm də rədd cavabı aldım. Söylədilər ki, sən hələ cavansan. Məndən başqa hamı fəxri ad aldı, mən isə qaldım kənarda.
 

Həyasız birisi deyiləm, üzüyola adamam. Ona görə susub, çəkildim bir kənara. Başa düşürdüm ki, digər aktyorlar məndən yaşca böyükdürlər, onlar almalıdırlar fəxri ad. Teatrın 60 illiyində mənə bir təşəkkür kağızı belə vermədilər.


Sonra teatrın 90 illiyində mən "Tərəqqi" medalı ilə təltif olundum. Əməkdar artist fəxri ad siyahısından adımı çıxartdılar. "Teatr Xadimləri İttifaqı"ndan sənətkar və "Mədəniyyət işçisi" medalı almışam. 

Bir çox seriallarda rol alan sənətkar son illər ardıcıl olaraq çəkildiyi "Bir qadın" serialında yaşadığı qalmaqallardan söz açıb. Babayeva bildirib ki, çəkiliş meydançasında baş verən xoşagəlməz hadisələr ucbatından əsəbləşərək, insult keçirib.  

"Çəkiliş meydançasında məni çox əsəbləşdirirdilər. Kadr arxası çalışan şəxslər çəkiliş bitən kimi başlayırdılar aralarında mübahisə edib, qışqır-bağır salmağa. Biz aktyorlar isə bu fasilədən istifadə edib grimlənirik, serialda deyəcək sözlərimizi məşq edirik. Rejissor da bir yandan bizə qışqırır ki, başlayın. Lakin bu səs-küy və gərginlikdən çox əsəbləşdim. Sonuncu dəfə "Bır qadın" serialında bərk əsəbləşdim. Dedim ki, məni daha çəkilişlərinizə çağırmayın. Etiraz edib, çıxdım serialın çəkimlərindən". 

Yaşadığı gərgin və stress dolu hadisələrə rəğmən aktrisa yenidən seriallara çəkilmək istədiyini dilə gətirib.  

"Təbii ki, yenidən çəkilişlərə qatılmaq istəyirəm. Çünki maddi vəziyyətim çox pisdir. Pulsuzam. İşləmirəm, oturmuşam evdə. Yalnız aldığım pensiya ilə dolanıram. Çalışdığım teatrdan da maaş almıram. Hazırda orada təmir, bərpa işləri gedir. Aktyor heyyəti də başqa yerlərdə çıxəş edirlər. Tamaşaları qısaldıblar. Kontraktı olanla işləmirlər. Mən də o siyahıdayam". 

Bir çox həmkarları kimi Məsumə xanım da serialdan aldığı qonorarın azlığından gileylənib. 

""Bir qadın" serialından aldığım qonorar məni təbii ki, qane etmirdi. Amma az da olsa dolanırdım. Günümə 70 manat pul verirdilər. Səhərdən axşama kimi çəkilişlərdə olurdum. Bu heç bilirsiniz necə stress və gərginlikdir?! Zamanlar olub ki, bir günə 100-300 manat arası seriallara çəkilmişəm. İndi isə bir günə 70 manat ən yuxarı qonorar adırdım. Qalanlar da 50 manatdan. Təsəvvür edin ki, bir gündə 10 seriya çəkilirdi.

“Çəkiliş səhər saat 08:00-da başlayırdı, mən saat 10-da gedirdim, gecə saat 12:00-a kimi orada olurdum. Bunun qarşılığında isə cəmi 70 manat pul alırdım". 

Ağrı-acılı taleh yaşayan Məsumə Babayeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində bu barədə danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Zeyvə” Tarantinonun filminə necə daxil oldu? – Azərbaycan xalçaları Hollivudda 


13 il əvvəl yaşadığı dəhşət dolu gecəni yada salan aktrisa bildirib ki, oğlu 25 yaşında intihar edib. 

"Bir qızım var. Oğlum isə 25 yaşında canına qəsd edib. 13 il əvvəl cavan yaşında, o, özünü asıb. Oğlumun həyatı başqa bir aləmdir. Onun məktəbdə qiymətlərini kəsdilər. O, hər zaman əlaçı oxuyan olub. Fikirdən, dərddən, hər şey üst-üstə gəldi və oğlum xəstəxanaya düşdü. Onun müalicəsi üçün küllü miqdarda pullar xərclədim. Bax belə, mənim pullarım dağıldı və pulsuz qaldım. 

49 yaşımda həyat yoldaşım da rəhmətə getdi, oğlumun da taleyi belə gətirdi. Oğlum çox hissiyatlı birisi idi.

Onda 6-cı hiss güclü idi. Öncədən hər şeyi görürdü. Ekstra hissi vardı. Dedilər ki, psixoloji problemləri var. Həkimlər ona şizofreniya diaqnozu qoymuşdular. Amma o cür oğlanın necə belə problemləri ola bilər ki, əgər o əlaçı olub. Həmişə deyirdi ki, 25 yaşında öləcəm. Mən ona inanmırdım ki, belə bir şey olsun. Amma oldu. O 25 yaşında dünyadan köçdü. Qızımın da 45 yaşı var. İnanın, onun özünün köməyə ehtiyacı var. Qızım universitetdə çalışır. Elmi işçidir". 

Qeyd edək ki, sevilən aktrisa Məsumə Babayeva oğlu ilə yanaşı illər əvvəl qız nəvəsini avtomobil qəzasında itirib.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan”ın qapıçısı “Çelsi”yə KEÇƏ BİLƏR

“Milan”ın qapıçısı “Çelsi”yə KEÇƏ BİLƏR

Qulağı qoparılan sahibkar HƏBS OLUNDU

Qulağı qoparılan sahibkar HƏBS OLUNDU

Cəlilabadda baytarlıq ekspertizasından keçirilməyən ət məhsulları satışdan ÇIXARILDI - FOTO

Cəlilabadda baytarlıq ekspertizasından keçirilməyən ət məhsulları satışdan ÇIXARILDI - FOTO

“Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytarmaq İSTƏYİR

“Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytarmaq İSTƏYİR

Ət niyə yuyulmamalıdır? - Mütəxəssis İZAH ETDİ

Ət niyə yuyulmamalıdır? - Mütəxəssis İZAH ETDİ

Təranə Qumral: “Qızlarım min dənə oğula dəyərlər” - VİDEO

Təranə Qumral: “Qızlarım min dənə oğula dəyərlər” - VİDEO

Levandovskinin “Fənərbağça” ilə bağlı qərarı BƏLLİ OLDU

Levandovskinin “Fənərbağça” ilə bağlı qərarı BƏLLİ OLDU

“Banu”nun Güneli ilə görüntülərini PAYLAŞDI - VİDEO

“Banu”nun Güneli ilə görüntülərini PAYLAŞDI - VİDEO

Gəncədə 22 yaşlı gənc XƏSARƏT ALIB

Gəncədə 22 yaşlı gənc XƏSARƏT ALIB

Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla Ermənistan arasında sülh prosesi MÜZAKİRƏ EDİLDİ

Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla Ermənistan arasında sülh prosesi MÜZAKİRƏ EDİLDİ

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı - ÖZƏL

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı - ÖZƏL

Göyçaydakı qəzada xəsarət alan şəxsin kimliyi BİLİNDİ

Göyçaydakı qəzada xəsarət alan şəxsin kimliyi BİLİNDİ

Lənkəranda yol qəzası OLDU: 28 yaşlı kişi xəsarət aldı

Lənkəranda yol qəzası OLDU: 28 yaşlı kişi xəsarət aldı

Kənan “Uzak Şehir”in aktyoru ilə VİDEOSUNU paylaşdı

Kənan “Uzak Şehir”in aktyoru ilə VİDEOSUNU paylaşdı

“Sülh naminə təzyiqi Ukraynaya yox, Rusiyaya göstərmək lazımdır” - Zelenski

“Sülh naminə təzyiqi Ukraynaya yox, Rusiyaya göstərmək lazımdır” - Zelenski

Göyçayda qəza baş verib, xəsarət alan var - FOTO/VİDEO

Göyçayda qəza baş verib, xəsarət alan var - FOTO/VİDEO

"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

Almaniyada kamikadze dronlardan ibarət bölmələr YARADILACAQ

Almaniyada kamikadze dronlardan ibarət bölmələr YARADILACAQ

Efirdə Zümrüdlə prodüser arasında GƏRGİNLİK YAŞANDI - VİDEO

Efirdə Zümrüdlə prodüser arasında GƏRGİNLİK YAŞANDI - VİDEO

Çökən binada xəsarət alan olmayıb - Mənzillərdə əşyalar sıradan çıxıb - FOTO

Çökən binada xəsarət alan olmayıb - Mənzillərdə əşyalar sıradan çıxıb - FOTO

Dibala və Beyli “Napoli” sınağına HAZIRDIR

Dibala və Beyli “Napoli” sınağına HAZIRDIR

Dondurularaq qurudulan meyvələrə tələbat ARTIB: Yeni trend, yoxsa sağlam seçim? - VİDEO

Dondurularaq qurudulan meyvələrə tələbat ARTIB: Yeni trend, yoxsa sağlam seçim? - VİDEO

Rusiyada ilk göyərçin-biodronlar TƏQDİM EDİLDİ - FOTO

Rusiyada ilk göyərçin-biodronlar TƏQDİM EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO