Xalq artisti Zülfüqar Abbasov bu gün səhər saatlarında 82 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev məlumat verib.
Qeyd edək ki, Zülfüqar Qulu oğlu Abbasov Mingəçevir şəhər Məziyə Davudova adına Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.
Allah rəhmət eləsin!
Bizim.Media