Milli təəssübkeşliyin və yüksək vətənpərvərliyin qurbanı Şıxəli Qurbanov – Aytəkin Alxaslı ATASININ xatirələrindən yazır

Uzun illər jurnalistikada olsam da bu barədə ilk dəfədir yazıram. Novruz bayramının ilk günü olan 21 martda məhz o böyük şəxsiyyəti xatırlamaq qərarına gəldim. 

Novruz bayramı deyəndə Azərbaycanda ehtiramla xatırlanan insanlardan biri də Şıxəli Qurbanovdur.

Onun faciəli ölümü haqda çoxları sonralar mətbuatdan oxusa da mən və bacı-qardaşlarım bunu öz uşaqlığımızda canlı yaşamışıq. 

Şıxəli Qurbanov rəhmətlik atam Kamil Alxasovun qrup yoldaşı olub. Onlar Azərbaycan Pedaqoji İnstitutunun-indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində birgə təhsil alıblar. Həm də yaxın dost olublar. 

1967-ci ilin 24 may günü idi. Şəkinin Kiçik Dəhnə kəndindəki orta məktəbin birinci sinfində oxuyurdum. Həmin gün kəndimizdə qətl hadisəsi baş vermişdi. Ruhi xəstə olan qonşumuz həyat yoldaşını bıçaqla öldürmüşdü və biz uşaqlar qaça-qaça qonşuluqdakı o dəhşətli hadisə yerinə  baxırdıq. Göy çəmən üzərinə uzadılmış qadının meyiti indi də gözümün önündədir.

Və həmin gün atam evimizin alt mərtəbəsindəki eyvanda qəzet oxuyurdu. Və birdən dik atılaraq “Şıxəlini öldürdülər” – deyib qışqırdı.

Həmin hadisəni emosianal ardıcıllıqla xatırlamıram. Amma sonralar atam bu barədə bizə çox danışıb.

Həmişə bizə deyirdi ki, Şıxəli Qurbanov böyük şəxsiyyət idi, onu istəməyənləri, bədxahları öldürdü, çünki istedad idi, mərd idi, savadlı və vətənpərvər idi. Novruz bayramını ilk dəfə o rəsmi olaraq keçirtdi və həyatını itirdi.

Atam danışırdı ki, o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləyən Qurbanov sovetin ciddi şəkildə qadağa qoyduğu Novruz bayramı mifini qıraraq sübut etdi ki, bu bayram Azərbaycan xalqının milli bayramıdır və dinlə heç bir əlaqəsi yoxdur. Atam deyirdi ki, əslində Şıxəli Qurbanov edilən hücumlardan  bilirdi ki, onu aradan götürmək istəyən qüvvələr var. Hətta Mərkəzi Komitənin birinci katibi Vəli Axundovun bununla bağlı ona xəbərdarlıq etdiyi də deyilir.

Xəbərdarlıqlara baxmayaraq Novruzun qadağasını üzərindən götürən Şlxəli Qurbanovun 22 səhifədən ibarət izahat yazdığı da məlumdur.

Atam söyləyirdi ki, Şıxəli Qurbanovun 1967-ci ildə Bakıda təntənəli şəkildə keçirdiyi Novruz şənliklərində kəndimizdən Həbibullah Cəfərovun məşhur zurnaçılar dəstəsi də iştirak etmişdi.
 

Novruz bayramından iki ay sonra diş həkiminə gedən Şıxəli Qurbanovun müalicə adi ilə damağına sianid turşusu (zəhər) vurulur və o, əzablar içində vəfat edir.


Xalq arasında bu söhbətlər qısa müddətdə baş alıb gedir. Amma heç kim bu işin araşdırılması cəsarətini özündə tapa bilmir. Beləlikə Azərbaycan xalqının daha bir dəyərli oğlu öz ölkəsi, xalqı uğrunda şəhid edilir. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO