Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Teatrda bir gün” layihəsi çərçivəsində tədbir təşkil edəcək.
Teatrdan Bizim Media-ya daxil olan xəbərə görə martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin “Teatrda bir gün“ layihəsi çərçivəsində tədbir keçiriləcək.
Həmin gün opera və balet sənəti həvəskarları Teatrın səhnə arxası fəaliyyəti ilə tanış ola biləcəklər.
Tədbir iştirakçıları solistlər, balet artistləri, xor və orkestrin məşq fəaliyyəti ilə yaxından tanış olacaq, həmçinin tamaşaların nümayişini təmin edən texniki heyətin fəaliyyətini müşahidə etmək imkanı əldə edəcəklər.
Teatra giriş martın 27-si, saat 12-i və 14-də baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən 493-94-05; 050-607-48-03 nömrəli telefonla qeydiyyatdan keçə bilərlər.
Ülviyyə Həsənqızı, Bizim.Media