Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, o, Fəxri Xiyabanda, mərhum qardaşı Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.
Bizim.Media