“Qarabağ geyimləri və kələğayıları ilə bağlı çox sayda maraqlı, yaradıcı işlər görüləcək”.
Bizim.Media xəbər verir ki, bunu məşhur modelyer Fəxriyyə Xələfova “Şuşa söhbətləri” layihəsinin təqdimatı zamanı deyib.
O bildirib ki, Qarabağ geyimlərini, baş örtüklərini, ornamentlərini dünyaya tanıtmalıyıq.
“Mən ata tərəfdən Şuşalıyam. Atamın nəsli məşhur Xələfbəyovlardandır. Sonuncu Şuşa şəfərimizdə atamın yurduna baş çəkdim. Təəssüf ki, yurd, yuva qalmayıb. Hamısı dağıdılıb. Amma biz Şuşanı yenidən quracağıq. Şuşa uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızı yad edirik. Qazilərimizə can sağlığı arzulayıram”, - deyə o əlavə edib.
Ülviyə Həsənqızı, Bizim.Media