Mədəniyyət Nazirliyi tərəfindən "Şuşa ili" çərçivəsində “Shusha talks” (Şuşa söhbətləri”) adlı layihənin həyata keçirilməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu gün baş tutan təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov açılış nitqi ilə çıxış edib.
“Bu il həm də Şuşanın 270 illiyidir. Bu il çərçivəsində Şuşa ilə bağlı çoxsaylı tədbirlər keciriləcək. Dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti də qarşılıqlı prosesdə iştirak etməyə çalışır”, - deyə nazir bildirib.
O əlavə edib ki, bu söhbətlər hər ay keçiriləcək.
Ülviyə Həsənqızı, Bizim.Media