Aleksandr Kalyaginin Rüstəm İbrahimbəyov haqqında dedikləri hamını kövrəltdi

Bizim.Media Azərbaycan Kinematoqrafçılar İttifaqına(AKİ) istinadən Rusiyanın Xalq artisti Aleksandr Kalyaginin Rüstəm İbrahimbəyov haqqında olan düşüncələrini təqdim edir:

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının, Ümumrusiya Teatr Cəmiyyətinin sədri, Rusiyanın Xalq artisti Aleksandr Aleksandroviç Kalyagin yaxın dostu, həmkarı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Xatırladaq ki, A.Kalyagin Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilmiş “İstintaq”, “Park”, “Bağlı qapı arxasında”, “Özgə ömür” filmlərində fərqli xarakterlər canlandırıb.

Rusiyanın Teatr Xadimləri İttifaqının rəsmi saytında dərc edilən başsağlığı mətnində deyilir:

“Mən çox yaxın dostumu, mənə son dərəcə doğma olan insanı, Rüstəm İbrahimbəyovu itirdim. O, mükəmməl dramaturq, ssenarist, yazıçı idi. Tərcümeyi-halımın bir çox mühüm mərhələləri onun adı ilə bağlıdır. Rüstəm İbrahimbəyovun pyesi əsasında qoyulan “Şirə bənzər” tamaşasından sonra mənim Moskva Bədaye Akademik Teatrındakı həyatım başladı. Mən onun ssenarisi üzrə gözəl rejissor Rasim Ocaqovun quruluş verdiyi dörd filmdə çəkildim. SSRİ Dövlət mükafatını “İstintaq” filmindəki roluma görə aldım.

Biz Rüstəmlə neçə illərin dostu idik. Uzun müddət görüşməyə bilərdik. Lakin dost olaraq qalırdıq. Biz bilirdik ki, bir-birimizin həyatında varıq, hətta həmin vaxt Rüstəm Amerikada, mən isə Moskvada olsaydım.

Üç il əvvəl o, özünün yeni, “Dumanlı səhər” adlı pyesini gətirdi və dedi ki, yubileyi münasibətilə bizim teatrda qoyulmasını istərdi. Və Allaha şükür ki, tamaşa hazırlandı, bütün bu üç il ərzində də oynanılmaqdadır. Rüstəm yaxşı tanıdığı, yaş etibarilə doğma olduğu, keçmiş haqqında, öz dövrlərinin kumirləri, indi köhnəlmiş kimi görünən dəyərləri haqqında xatirələrlə yaşayan insanların əhvalatını danışıb.

Bu böyük yaradıcı, müdrik insanın müəllif tamaşasıdır və onun tamaşaçıya əsas sözü budur:

“Qoca o kəsdir ki, sevmir, ömrü boyu sevməyən heç gənc də olmayıb”. Rüstəm özü bütün ömrü boyu sevib və ömrünün sonuna kimi gənc, açıq, həyatsevər, hər bir yeniliklə maraqlanan insan kimi qalmışdı. İbrahimbəyovun pyesləri bütün ölkənin teatrlarında qoyulub, ssenariləri əsasında çəkilmiş filmlər ümumxalq məhəbbəti qazanıb.

Ssenarisini Valentin Yejovla birlikdə yazdığı “Səhranın bəyaz günəşi” filminin adını çəkmək kifayətdir. O, bir neçə dəfə SSRİ və Rusiya Dövlət mükafatlarına layiq görülüb, hətta “Oskar”ı, “Qızıl Şir”i və bir çox başqa nüfuzlu mükafatları var idi. Onun pyesləri dünyanın 100-dən çox ölkəsində tamaşaya qoyulub.

Mənə elə gəlir ki, teatr onun həyatının əsas işi, başlıca fəaliyyəti idi. Bir dəfə mənə belə bir söz dedi:

“Ssenarini yazıb təhvil verəndə anlayırsan ki, bundan sonra o, özünün müstəqil həyatını yaşamağa başlayır. Teatrda isə hər şey başqa cürdür”. Yəqin ki, o, haqlı idi. Ancaq mən bir şeyi dəqiq bilirəm: onun əsərləri hələ uzun illər yaşayacaqlar – pyesləri də, filmləri də.

Rüstəm İbrahimbəyovu doğma Bakısında da unutmayacaqlar, bizdə, Rusiyada da və dünyanın bir çox başqa şəhərlərində də.

Onun gedişi bütün sənət aləmi üçün böyük itkidir. Bu mənim şəxsi itkimdir. Mən heç vaxt unutmayacağam, sevgi ilə, böyük hörmət hissi ilə daim xatırlayacağam. Mədəniyyətimiz və hər birimiz üçün etdiklərinə görə ruhu qarşısında baş əyirəm. 

Doğmalarına və yaxınlarına ən səmimi başsağlığı ifadəsi ilə Aleksandr Kalyagin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin ticarət naziri Azərbaycana GƏLƏCƏK

Türkiyənin ticarət naziri Azərbaycana GƏLƏCƏK

Rusiya XİN Uitkoffun səfəri barədə: “Gətirəcəyi sənədlə işləyəcəyik”

Rusiya XİN Uitkoffun səfəri barədə: “Gətirəcəyi sənədlə işləyəcəyik”

Honq Konqdakı yanğında ölənlərin sayı 55-ə çatdı – YENİLƏNİB

Honq Konqdakı yanğında ölənlərin sayı 55-ə çatdı – YENİLƏNİB

Trendyol 100% bərpa olunan enerjiyə keçir

Trendyol 100% bərpa olunan enerjiyə keçir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Rusiya ötən gecə Ukraynaya 142 dronla hücum etdi

Rusiya ötən gecə Ukraynaya 142 dronla hücum etdi

Birbanklı olmaq üstünlükdür

Birbanklı olmaq üstünlükdür

Hansı marşrutlarda istilik qoşulmayıb? – Rəsmi AÇIQLAMA

Hansı marşrutlarda istilik qoşulmayıb? – Rəsmi AÇIQLAMA

Rusiya Şahin Şixlinskini niyə azad etmir? - Qohumundan AÇIQLAMA

Rusiya Şahin Şixlinskini niyə azad etmir? - Qohumundan AÇIQLAMA

Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb

Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb

Kanalizasiyaya düşərək ölən şəxslə bağlı sahə rəisinin məhkəməsi başladı

Kanalizasiyaya düşərək ölən şəxslə bağlı sahə rəisinin məhkəməsi başladı

Gələn il pensiyaya ayrılacaq məbləğ – FOTO

Gələn il pensiyaya ayrılacaq məbləğ – FOTO

Astarada ƏMƏLİYYAT: Tutulanlar var – VİDEO

Astarada ƏMƏLİYYAT: Tutulanlar var – VİDEO

Biləcəridə mənzil sahibi olmaq asanlaşdı: 16 285 manatdan başlayan ilkin ödənişlə tam təmirli mənzillər satışda - "Kristal!"

Biləcəridə mənzil sahibi olmaq asanlaşdı: 16 285 manatdan başlayan ilkin ödənişlə tam təmirli mənzillər satışda - "Kristal!"

Bakıda qonşusuna kəllə “atan” qadına CƏZA VERİLDİ

Bakıda qonşusuna kəllə “atan” qadına CƏZA VERİLDİ

Dünya bazarında qızıl 22 dollardan çox ucuzlaşdı

Dünya bazarında qızıl 22 dollardan çox ucuzlaşdı

Tiktoker "Eliş" HƏBS EDİLDİ - FOTO

Tiktoker "Eliş" HƏBS EDİLDİ - FOTO

Hikmət Hacıyev İran XİN rəhbərinin müavini ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev İran XİN rəhbərinin müavini ilə GÖRÜŞDÜ

UNESCO-dakı səsvermədə Azərbaycan Ermənistana böyük səs fərqi ilə qalib gəlib – EKSKLÜZİV

UNESCO-dakı səsvermədə Azərbaycan Ermənistana böyük səs fərqi ilə qalib gəlib – EKSKLÜZİV

Abşeronda dəhşətli QƏZA: Ölən var - VİDEO

Abşeronda dəhşətli QƏZA: Ölən var - VİDEO

Avropa Liqası: “Fənərbağça” bu gün Macarıstan klubunu sınağa çəkəcək

Avropa Liqası: “Fənərbağça” bu gün Macarıstan klubunu sınağa çəkəcək

Bakıda oğurluq edən 3 nəfər TUTULDU

Bakıda oğurluq edən 3 nəfər TUTULDU

Yanğında zərər görmüş şəxslərə sığorta ödənişi EDİLƏCƏK?

Yanğında zərər görmüş şəxslərə sığorta ödənişi EDİLƏCƏK?

Əməkdar artistə AĞIR İTKİ

Əməkdar artistə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO