Mədəniyyət Nazirliyi tərəfindən “Shusha talks” (Şuşa söhbətləri”) adlı layihə həyata keçirilir.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, layihənin əsas məqsədi Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir.
Layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı Nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.
Bizim.Media