ADMİU-nun rektoru Ceyran Mahmudovanın anası Cəmilə xanım vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyev məlumat yayıb.
Vamiq Məmmədəliyev Ceyran Mahmudovaya və onun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Cəmilə xanım mərhum bəstəkar Emin Sabitoğlunun ilk həyat yoldaşı olub.
Ülviyyə Həsənqızı, Bizim.Media
