Martın 14-ü Xalq yazıçısı, Azərbaycan Yazışılar Birliyinin sədri Anarın doğum günüdür.
Bizim Media xəbər verir ki, bu gün görkəmli yazıçının 84 yaşı tamam olur.
Yazıçılar Birliyindən aldığımız məlumata görə, Anar müəllim üçün bu gün adi iş günlərindən biridir.
Belə ki, ünvanına gələn təbriklərə görə hər kəsə təşəkkür edən Xalq yazıçısı, yaxın dostu Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar olaraq, bu günü xüsusi qeyd etmək fikrində deyil.
Yeri gəlmişkən qeyd edək ki, Anar AYB-nin sədri olmaqla yanaşı, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibidir.
Ülviyyə Həsənqızı, Bizim.Media