Martın 12-si Lənkəran Teatrının mərhum aktyoru, Əməkdar artist Adil Zeynalovun anım günüdür.
Bizim.Media xəbər verir ki, bu münasibətlə sabah Lənkəranda xatirə tədbirləri keçiriləcək. Bu barədə aktyor Əjdər Zeynalov məlumat verib.
Belə ki, anım günü ilə əlaqədar sabah saat 10:00-da Adil Zeynalovun yaşadığı Lənkəran şəhəri, Mirsalayev küçəsi ev 96 ünvanında xatirə lövhəsinin açılışı olacaq.
Xatirə lövhəsinin açılışından sonra saat 12:00-da Lənkəran Dövlət Dram Teatrında sənətkara həsr olunmuş "Dünya bir pəncərədir..." adlı xatirə gecəsi keçiriləcək.
Xatırladaq ki, Adil Ağakərim oğlu Zeynalov 1960-cı il fevralın 20-də Lənkəranda anadan olub.
1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub.
1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 2002-ci ildən ömrünün sonuna qədər Lənkəran Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb.
2020-ci il martın 12-də vəfat edib.
Ülviyyə Həsənqızı Bizim Media
