Gəncə Dövlət Dram Teatrında Milli Teatr Günü münasibətilə "Cavad xan" tarixi dramı nümayiş olunub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin yazdığı “Cavad xan” tamaşasında baş rolu Əməkdar artist Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova canlandırıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru isə Elşad Əhmədovdur.
Cavad Xanın həyatından bəhs edən tamaşa mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və digər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Məqsəd Rəhimov, Bizim.Media
