Bu gün Azərbaycan Milli Xalça Muzeyində silah ustası Emin Məmmədovun muzeyə hədiyyə etdiyi silah nümunələrinin təqdimatı baş tutub.
Bizim.Media-nın xəbərinə görə, tədbirdə Mədəniyyət naziri Anar Kərimovla yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edən muzeyin direktoru Şirin Məlikova silahların müəllifi Emin Məmmədovun yaradıcı fəaliyyətindən bəhs edib.
Sonra mədəniyyət naziri Anar Kərimov müəllifin bu cür tarixi və unudulmaqda olan sənəti yaşatmasını vurğulayıb. Çıxışlar bitdikdən sonra qonaqlar silah nümunələri ilə tanış olublar. (Apa)
Bizim.Media