Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında premyera olacaq.
Bizim.Media xəbər verir ki, martın 26-27-də baş tutacaq yeni tamaşa görkəmli dramaturq Maqsud İbrahimbəyovun “Və qadın gəldi...” romanı əsasında hazırlanıb.
Tamaşanın səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur.
Quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovski, dekorasiya rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssam Anna İbrahimbəyova, Olqa Abbasova, musiqi tərtibatı Vladimir Neverov, plastika üzrə xoreoqraf və rejissor assistenti Xalq artisti Fuad Osmanov, xoreoqraf köməkçiləri Əməkdar artistlər Mariya Duboviskaya və Həcər Ağayevadır.
“Və qadın gəldi...” tamaşasında əsas rolları Xalq artistlər Məbud Məhərrəmov, Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva, Mariya Duboviskaya, Oleq Əmirbəyov, Salman Bayramov, Murad Məmmədov, Yuri Omelçenko ifa edəcək.
Bizim.Media
