Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilməsi göstərilib.
Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.
Bizim.Media