Mədəniyyət Nazirliyi xalq artistinin ölümü ilə bağlı NEKROLOQ yaydı 

0:00
0:00

Mədəniyyət Nazirliyi Xalq artisti Kamil Cəlilovun vəfatı ilə əlaqədar nekroloq yayıb. 

Bizim.Media xəbər verir ki, nekroloqda Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz vediyi bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artisti Kamil Cəlilov vəfat etdi


“Tanınmış qoboy ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlil oğlu Cəlilov ömrünün 84-cü ilində vəfat edib. 

Kamil Cəlilov 29 yanvar 1938-ci il tarixində Bakı şəhərində anadan olub. O, Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu ilə fərqlənən mahir qoboy ifaçısı olub. 

Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqi incilərini dərindən öyrənib və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib. 

İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub. Kollektivlə birgə Kamil Cəlilov Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər ölkələrində milli musiqi sənətimizi məharətlə təbliğ edib. 

Uzun illər ərzində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olan Kamil Cəlilov milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib. 
Kamil Cəlilov milli mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə dövlət tərəfindən daima diqqət və qayğıyla əhatə olunub, Əməkdar artist, Xalq artisti fəxri adlarına, habelə Prezident təqaüdünə layiq görülüb. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub”, - deyə nekroloqda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO