Sarı Aşığın “Gül dəftəri” kitabı çap olundu – FOTO

Cinas bayatılar ustadı kimi tanınan Sarı Aşığın “Gül dəftəri” kitabı üçüncü dəfə çap olunub.

Bizim.Media xəbər verir ki, toplayanı və tərtibçisi şair İlham Qəhrəman olan yeni nəşr AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görüb.

Təkmilləşdirilmiş bu topluda Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş 1018 bayatı, 8 qoşma (2 təcnis), 33 bayatı-tapmaca və bağlamalar yer alıb.
 

Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşmış, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirib, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib. Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır.


Əvvəlki toplulardan fərqli olaraq üçüncü nəşrə Haqq Aşığının iki mənbədən götürülmüş 21 bayatısı əlavə edilib və indiyə qədər cavabsız qalmış bağlama və tapmacaların bir çoxunun açması düzgün qeyd edilib.

Eyni zamanda oxucular yeni nəşrdə Sarı Aşıq haqqında el arasında yayılmış rəvayətlərlə də tanış ola biləcəklər. Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük” verib. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülüb.
 

288 səhifədə 500 (beş yüz) sayda dərc olunan kitab İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş ön sözüylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin xələflərə olan qədrdanlığının ifadəsi kimi diqqət çəkir.


Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır. Qapaq dizaynı Rafaelə məxsusdur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dollar ucuzlaşdı – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Dollar ucuzlaşdı – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət – SİYAHI

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət – SİYAHI

Putinlə Paşinyan arasında SƏRT DANIŞIĞIN təfərrüatı məlum oldu

Putinlə Paşinyan arasında SƏRT DANIŞIĞIN təfərrüatı məlum oldu

Uitkoffdan İranın atəşkəs razılaşmasına sərt reaksiya: “Fəlakət...”

Uitkoffdan İranın atəşkəs razılaşmasına sərt reaksiya: “Fəlakət...”

“Yeni keçid “28 May”da sıxlığı azaldacaq” – Məmməd Rzayev

“Yeni keçid “28 May”da sıxlığı azaldacaq” – Məmməd Rzayev

İrandan XƏBƏRDARLIQ: “ABŞ 10 şərtimizi qəbul etməsə, razılaşma olmayacaq”

İrandan XƏBƏRDARLIQ: “ABŞ 10 şərtimizi qəbul etməsə, razılaşma olmayacaq”

İsrailli nazirdən “Eşref Rüya”nın ulduzuna SƏRT MESAJ: “Heç vaxt ata olmayacaqsan” – VİDEO

İsrailli nazirdən “Eşref Rüya”nın ulduzuna SƏRT MESAJ: “Heç vaxt ata olmayacaqsan” – VİDEO

Şirvandakı zəhərlənmə ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Şirvandakı zəhərlənmə ilə bağlı Baş Prokurorluğun MƏLUMATI

Mərkəzi Bank "E-manat"ın sahibini cərimələdi

Mərkəzi Bank "E-manat"ın sahibini cərimələdi

Ədliyyə işçisi olmaq istəyənlərin diqqətinə: imtahanın vaxtı açıqlandı

Ədliyyə işçisi olmaq istəyənlərin diqqətinə: imtahanın vaxtı açıqlandı

“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO

“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTO

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTO

Türkiyəli məşhur aktrisa Hande Erçelin narkotik testinin nəticəsi məlum oldu

Türkiyəli məşhur aktrisa Hande Erçelin narkotik testinin nəticəsi məlum oldu

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? - FOTO

İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub? - FOTO

90 yaşında turnikdən 3 dəqiqə asılı qaldı, REKORD QIRDI – VİDEO

90 yaşında turnikdən 3 dəqiqə asılı qaldı, REKORD QIRDI – VİDEO

Şirvanda kütləvi zəhərlənənlərin SON VƏZİYYƏTİ

Şirvanda kütləvi zəhərlənənlərin SON VƏZİYYƏTİ

Azərbaycan XİN-dən ABŞ-İran atəşkəs razılaşmasına REAKSİYA

Azərbaycan XİN-dən ABŞ-İran atəşkəs razılaşmasına REAKSİYA

Türkiyədə də uşaqlara sosial şəbəkələr qadağan edilir

Türkiyədə də uşaqlara sosial şəbəkələr qadağan edilir

Bu gün Əli Xameneinin anım mərasimi keçiriləcək

Bu gün Əli Xameneinin anım mərasimi keçiriləcək

Rusiya Avropaya hücum HAZIRLIĞINDA – Hədəfdə bu ölkələr var – ADLAR

Rusiya Avropaya hücum HAZIRLIĞINDA – Hədəfdə bu ölkələr var – ADLAR

Vəsiyyətnamə ilə mirasdan məhrum olan şəxsə pay düşür? - CAVAB

Vəsiyyətnamə ilə mirasdan məhrum olan şəxsə pay düşür? - CAVAB

Bakıda 2 nəfər dəm qazından zəhərləndi

Bakıda 2 nəfər dəm qazından zəhərləndi

Çempionlar Liqası: “Real” “Bavariya”ya məğlub oldu – VİDEO

Çempionlar Liqası: “Real” “Bavariya”ya məğlub oldu – VİDEO

Bakıda müəllimə vəfat etdi - FOTO

Bakıda müəllimə vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO