Türkiyəli müğənni Serdar Ortaçın konserti zamanı gözlənilməz an yaşanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi çıxışı zamanı qəfildən tarazlığını itirərək səhnədə üzüüstə yıxılıb.
Ansambl yoldaşları müdaxilə edərək Ortaça ayağa qalxmağa kömək ediblər. Peşəkarlığını nümayiş etdirən məşhur müğənni bu xoşagəlməz hadisədən sonra mahnısını qaldığı yerdən davam etdirib.
Bizim.Media