Qədim, klassik və müasir Azərbaycan musiqisinin o cümlədən unudulmuş, yaxud heç zaman ifa olunmamış əsərləri sistemli şəkildə araşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.
Belə ki, folklor musiqisi nümunələrinin orijinal və ya yenidən işlənilmiş formada audio və ya video yazılması, fonoqram bazasının yaradılması, folklor musiqisinin mədəni irsin tərkib hissəsi kimi təbliği, Azərbaycan musiqisinin səmərəli qorunması planlaşdırılır.
Günay Şahmar, Bizim.Media