“Ağstafada bütün insanlara qonaqlığı ancaq mən verirəm" - 87 yaşlı Tariyel Qasımov

“Hər gün Ağstafada şair Səməd Vurğunun adına olan parka gedirəm və qoca kişilərə qoşulub nərd oynayıram. Başqa işim yoxdur, günümü belə keçirirəm”.

Bizim.Media xəbər verir ki, bunu musavat.com-a Xalq artisti, uzun illərdir ki, Bakıdan Ağstafaya köçən aktyor Tariyel Qasımov deyib.

87 yaşlı sənətkar bildirib ki, mütəmadi olaraq paytaxta gəlib-gedir:

“Bakıya tez-tez gəlib-gedirəm. Radiodan, televiziyadan çağırırlar, tədbirlərə qatılıram. Mənim unudulmaq kimi problemim yoxdur”.

Aktyor söhbət zamanı hazırda qardaşı ilə nərd oynadığını deyib:

“Qardaşımdan soruşun ki, Tariyel necə nərd oynayır?”.

Bu məqamda qardaşı telefondan səslənib, aktyorun yaxşı nərd oynadığını təsdiq edib və həmişə onu udduğunu bildirib.

Tariyel Qasımov Bakıda nümayiş etdirilən tamaşaları izlədiyini də bildirib:

“Məni tamaşaları izləməyə dəvət edirlər. Gəlib baxıb, fikrimi bildirirəm. Gənc Tamaşaçılar Teatrından ayrılsam da, mənim portretim teatrın foyesində birinci vurulub. Premyeralar olanda həmişə dəvət edirlər”.

Aktyor ata yurdu Ağstafaya köçmə səbəbindən də danışıb:

“Burada sakitlikdir, təmiz havası var. Günüm xoş keçir. Hər gün nərd oynayıb başımı qatıram, darıxmıram”.

Sənətkar gümrah qalması barədə bunları deyib:

“Bizdə çox yaşamaq genetikdir. Anam 101 yaşında rəhmətə gedib. Mənim 87 yaşım var, amma özümü cavan oğlam kimi hiss edirəm. Yeri gələndə qaçmaqda, yeyib içməkdə, araq içməkdə cavan oğlanları geridə qoyaram.
 

Araq içməkdə onları böyrü üstə qoyaram. Ağstafa rayonunda bütün insanlara qonaqlığı ancaq mən verirəm. Hamı da bilir ki, Prezident təqaüdü və yaşlılıq pensiyası alıram. Gəlirim çox yüksəkdir. Onu hər adam ala bilmir.


Bizim rayonda çox adam kasıb yaşayır. Mən hətta vəzifəli adamlara da qonaqlıq verirəm. Bu gün vaxtı ilə güləş üzrə dünya çempionu olmuş Mayis müəllimə qonaqlıq verdim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin hədəfində olan 7 iranlı kimdir?

İsrailin hədəfində olan 7 iranlı kimdir?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

End of content

No more pages to load

RADİO