Bir filmin tarixçəsi, yaxud bir xalqın qəlbindən keçən yol

“Ömrün Naxçıvan aşırımları: Həmrəylik” - bir filmin adı deyil, bir xalqın taleyindən keçən yolun adıdır.

Bəzən tarix yazılmır, yaşanır. Bəzən bir xalq öz taleyini sənədlərdə yox, çay kənarında, sərhəd dirəklərinin kölgəsində, ürəyinin səsinə qulaq asaraq müəyyənləşdirir. 2 il əvvəl Naxçıvan televiziyasında hazırladığımız “Ömrün Naxçıvan aşırımları: Həmrəylik” sənədli televiziya filmi məhz belə bir tarixin ekran yaddaşıdır – milli iradənin, bölünməzliyin və azadlıq ehtiyacının ekran dilində ifadəsidir.

 

Bu film ideya müəllifi olduğum “Heydər Əliyevin 100 illiyinə – 10 film” layihəsi çərçivəsində hazırlanıb və ulu öndər Heydər Əliyevin dövlətçilik irsini, xüsusilə də Naxçıvan dövründə formalaşan həmrəylik ideyasının siyasi və mənəvi əsaslarını işıqlandırır. Film yalnız keçmişi xatırlatmır – milli yaddaşı oyadır, bugünü izah edir, gələcəyə istiqamət göstərir.



Naxçıvan – Həmrəyliyin Başladığı Ünvan

1989-cu ilin dekabrı… Araz sahilində toplaşan insanlar yalnız sərhəd məftillərini deyil, 70 illik ayrılıq psixologiyasını da sökürdülər. Bu, təsadüfi etiraz deyildi. Bu, xalqın tarixi özünüdərk anı idi. Film həmin günlərin dramatizmini, emosional gərginliyini və milli yüksəlişini Naxçıvan Televiziyasının qızıl fondunda qorunan unikal arxiv kadrları əsasında tamaşaçıya təqdim edir.

Xüsusi vurğulanmalıdır ki, filmdə istifadə olunan bir sıra kadrlar ilk dəfə məhz bu ekran əsərində yayımlanır. Bu kadrlar yalnız tarixi hadisələrin vizual təsviri deyil, bir dövrün ruhunu, nəfəsini və emosional yükünü özündə daşıyan canlı sənədlərdir.

Arazın hər iki sahili bir-birinə baxırdı.

Bu baxışda qorxu yox idi.

Bu baxışda ümid, qayıdış və birləşmə arzusu vardı.


Tarixi Müsahibə: Zamanı Aşan Bir İnam

Filmin ideya mərkəzində 1991-ci ildə Heydər Əliyevin Naxçıvan Televiziyasına verdiyi tarixi müsahibə dayanır. Bu müsahibə Naxçıvan Televiziyasının mərhum sədri, şair Elman Həbibə verilmişdi. O dövrdə 31 dekabr nə ölkə daxilində, nə də dünya miqyasında rəsmi bayram kimi qeyd olunurdu. Lakin Heydər Əliyev həmin müsahibədə böyük siyasi uzaqgörənlik və tarixi inamla deyirdi:

“Mən əminəm ki, gün gələcək bu bayramı bütün dünya azərbaycanlıları qeyd edəcəklər.”

Bu sözlər sadəcə proqnoz deyildi. Bu, xalqın gələcəyinə verilən and idi. Zaman keçdi və tarix sübut etdi ki, ulu öndər yenə haqlı idi. Bu gün 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü milyonlarla azərbaycanlının qürur ünvanıdır.
 

Filmin emosional təsir gücü yalnız arxiv materialları ilə məhdudlaşmır. Ekran əsərində o dövrün canlı şahidləri olan ziyalılar, ictimai-siyasi xadimlər, rəsmi şəxslər və hadisələrin bilavasitə iştirakçıları ilə aparılan dolğun müsahibələr təqdim olunur. Bu müsahibələr hadisələrə təkcə xatirə prizmasından yox, tarixi məsuliyyət və milli şüur baxımından yanaşmanı təmin edir.


Filmin bədii ruhunu gücləndirən məqamlardan biri də Şəhriyarın misralarıdır. Bu misralar sanki ekranın içindən danışır, ayrılığın və azadlıq ehtiyacının poetik ifadəsinə çevrilir:

Şəhriyarın ürəyi də

Səninki tək yaralıdır

Azadlıqdır mənə məlhəm

Sənə dərman, Azərbaycan

Bu misralar filmin mahiyyətini bir cümlədə ifadə edir:

Azadlıq – həm dərddir, həm də şəfa.


Bir Qərardan Millət Bayramına

1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması artıq təkcə hüquqi akt deyil, milli taleyin dönüş nöqtəsi idi. Film bu qərarın arxasında dayanan siyasi məsuliyyəti, tarixi cəsarəti və dövlətçilik düşüncəsini bütün dolğunluğu ilə təqdim edir.

2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə bu ideyanın qlobal miqyasda təsdiqi oldu.

Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı artıq dünyanın dörd bir yanına yayılmış milli şüara çevrildi.



Naxçıvan Televiziyası və Yaradıcı Heyət: Milli Yaddaşa Xidmət

“Ömrün Naxçıvan aşırımları: Həmrəylik” filmi Naxçıvan Televiziyasının illərlə formalaşdırdığı ekran salnaməsinin ən dəyərli nümunələrindən biridir. Bu televiziya arxivində qorunan materiallar milli tariximizin canlı yaddaşıdır və film məhz bu qızıl fonddan seçilmiş kadrlar üzərində qurulub.

Layihənin ərsəyə gəlməsində güclü yaradıcı heyət formalaşıb. Layihə rəhbəri və ssenari müəllifi kimi ideyanın konseptual xəttini müəyyənləşdirərək filmi milli yaddaşın canlı ifadəsinə çevirməyə çalışmışam. Tarixi dəqiqlik məsləhətçi Anar Tahirovun elmi və siyasi yanaşması ilə möhkəmləndirilib. Prodüser Əlibala Məhərrəmzadə layihənin istehsalat yükünü daşıyıb. Filmin vizual və bədii həlli quruluşçu rejissor Fərhad Zamanbəyovun, rejissor Faiq Abbasoğlununredaktor İlkin Rzayevin peşəkar yanaşması ilə formalaşıb. Tarixin nəfəsi operatorlar İlqar Məhərrəmov və Uğur Bağırovun obyektivində canlanıb. Səs dramaturgiyası Elçin Məmmədov, qrafika Müseyib Quliyev, musiqi tərtibatı Yaqut Süleymanova, işıq həlli isə Əli Qurbanov tərəfindən tamamlanıb.




Bu yaradıcı heyətin işi milli irsə, tarixi köklərə və dövlətçilik yaddaşına xidmət nümunəsidir.

Zəfərə Aparan Həmrəylik

Film ideya baxımından bu günü də əhatə edir. 2020-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Bu qələbə bir daha göstərdi ki, Araz sahilində başlanan həmrəylik ideyası bu gün dövlətin güc mənbəyidir.

Prezident İlham Əliyevin bu fikri filmin ideyasını lakonik şəkildə tamamlayır:

“Biz birlikdə güclüyük.”

Nəticə Yerinə

“Ömrün Naxçıvan aşırımları: Həmrəylik” sadəcə sənədli film deyil.

Bu, milli yaddaşın ekranda danışmasıdır.

Bu film 31 dekabrın təkcə tarix yox, milli məsuliyyət və mənəvi borc olduğunu xatırladır.

Bu film deyir:

Azərbaycan harada varsa, orada həmrəylik var.

Həmrəylik haradadırsa, orada Azərbaycan var.





Sahil Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO