Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı KEÇİRİLDİ – VİDEO

Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin 20 hekayəsindən ibarət “İnsanlığın yüksək dəyəri” adlı kitab Almaniyanın tanınmış “H.J. Maurer” nəşriyyatı tərəfindən nəşr olunub. 20 hekayədən 18-i ilk dəfə alman dilinə tərcümə edilib. Kitabda Mir Cəlalın humanizm, ictimai məsuliyyət və gündəlik həyatın mənəvi-əxlaqi çağrışları kimi fundamental mövzularda qələmə aldığı hekayələri toplanıb.

Noyabrın 27-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, əməkdar müəllim, professor Ədibə Paşayeva, Bundestaq üzvləri, diplomatlar, Almaniyanın bir sıra dövlət qurumlarının, elm, ədəbiyyat, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların təmsilçiləri iştirak ediblər.
 

İlk öncə, Mir Cəlal haqda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilib.


Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev təqdimat mərasimində çıxış edərək, Mir Cəlalın seçilmiş əsərlərinin yer aldığı “İnsanlığın yüksək dəyəri” kitabının alman dilində işıq üzü görməsinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Layihə üzərində iki ilə yaxın müddətdə iş aparıldığını vurğulayan səfir bildirib ki, bu kitab görkəmli yazıçının ədəbi irsinin, o cümlədən Azərbaycan ədəbiyyatının humanist ruhunun beynəlxalq auditoriyaya, o cümlədən alman oxucusuna çatdırılması baxımından əlamətdar mədəni hadisədir.

Diplomat, Mir Cəlal yaradıcılığının insanı bütün ziddiyyətləri, daxili axtarışları və mənəvi seçimləri ilə mərkəzə qoyan nadir ədəbi məktəblərdən birini formalaşdırdığını qeyd edib.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxışında Mir Cəlalın əsərlərinin alman dilinə tərcümə olunmasının iki ölkə və xalq arasında mədəni əlaqələrə və qarşılıqlı anlaşmaya töhfə verəcəyinə inandığını bildirib. 

Rektor səslənən musiqi nümunələri və səhnələşdirilən ədəbi parçaların mədəniyyətin millətlər və insanlar arasında körpü salan gücünü ən gözəl şəkildə nümayiş etdirdiyini qeyd edib.
 

Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının keçmiş rəhbəri, professor Eva-Maria Aux çıxışında Mir Cəlal yaradıcılığının mərkəzində insanın daxili aləmi, onun mənəvi bütövlüyü və xüsusilə də insanlıq anlayışının dayandığını vurğulayıb. 


Qeyd edib ki, onun yaradıcılığında fərdin müxtəlif vəziyyətlərdə davranışını müəyyən edən motivlərin incə fəlsəfi müşahidələrlə araşdırılması xüsusi yer tutur. Mir Cəlal üçün ailə, birlik və yaddaş kimi dəyərlər təkcə sosial struktur deyil, insanın varoluşunu və mənəvi dayanıqlığını formalaşdıran əsas sütunlardır. 

Professor bildirib ki, sovet dövrünün sərt nəzarət rejimi və bütün sahələrlə yanaşı, ədəbiyyat üzərində də total nəzarətin hökm sürdüyü, repressiyanın tüğyan etdiyi bir şəraitdə onun əsərlərində fərd kollektivin içində itib-batmış bir fiqur deyil, hər zaman öz mövqeyi, duyğuları və mənəvi məsuliyyəti olan varlıq kimi təqdim olunur. Bu isə sovet dövrünün hökmran ideoloji “kollektiv insan” modelinə açıq alternativ idi və Mir Cəlalı həm ədəbi, həm də intellektual cəsarətinə görə fərqləndirirdi. Natiq Mir Cəlalın əsərlərinin Azərbaycan tarixinin mürəkkəb inkişaf mərhələlərini anlamaq üçün qiymətli mənbə olmaqla yanaşı, milli kimliyin, milli şüurun formalaşmasında humanizmin əvəzsiz rolunu nümayiş etdirdiyini qeyd edib.

Sonra “İnsanlığın yüksək dəyəri” kitabında yer alan hekayələrin bir hissəsinin səhnələşdirilmiş təqdimatı olub. 

Əsərlər Azərbaycan musiqisinin sədaları altında alman aktyorları Sara Maria Sander, Tamer Tahan və Elizabet Degen tərəfindən səsləndirilib. Musiqi nümunələri Almaniyada yaşayan tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub. Təqdimat tamaşaçıların böyük marağı və sürəkli alqışları ilə qarşılanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin hədəfində olan 7 iranlı kimdir?

İsrailin hədəfində olan 7 iranlı kimdir?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

End of content

No more pages to load

RADİO