Dünya şöhrətli rəssam Vinsent Van Qoqun “Paris romanlarının yığımı və stəkanda qızılgüllər” adlı tablosu Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 62,7 milyon dollara satılıb.
Bizim.Media xəbər verir ki, tablo ilkin qiymətləndirmədən 35 faiz baha qiymətə yeni sahibini tapıb.
Həmin hərracda həmçinin rəssamın 1888-ci ildə qələm və tuşla çəkdiyi iki eskizi də satılıb.
Onlardan biri 2,97 milyon, digəri isə 11,15 milyon dollara alıcıya təqdim edilib.
Bizim.Media