Mədəniyyət Nazirliyində islahatlar: İdarəetmədə yeni dövrün başlanğıcı

2023-cü ildə Adil Kərimlinin mədəniyyət naziri təyin edilməsindən sonra bu mərkəzi icra qurumunun fəaliyyətində müsbət istiqamətdə ciddi dəyişiliklər müşahidə edilir. 

Yeni nazirin dövründə aparılan struktur və kadr islahatları mədəniyyət sektorunda nəzərəçarpacaq dərəcədə canlanma yaradıb. Nazirlikdə tətbiq olunan yeni idarəetmə modeli, təyinatların şəffaflığı və peşəkarların rəhbər vəzifələrə gətirilməsi mədəniyyət sahəsinin müxtəlif istiqamətlərində real nəticələr verməkdədir. 

Bizim.Media "Sfera.az"a istinadən xəbər verir ki, son dövrlərdə nazirliyin tabeliyindəki müəssisələrin böyük hissəsində yenilənən komanda, bu qurumların iş ritmini və fəaliyyət effektivliyini artırıb.

Misal üçün, nazirin əmri ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru təyin olunan Şirin Yaşar qızı Məlikova, daha əvvəl rəhbərlik etdiyi Milli Xalça Muzeyində gördüyü işlərlə tanınırdı.

Onun yeni vəzifəyə gətirilməsindən sonra ölkənin ən böyük incəsənət muzeyində ciddi strukturlaşdırma, sərgilərin yenilənməsi prosesi sürətlənib. Muzeyin həm elmi, həm də sərgi fəaliyyətində dinamika müşahidə olunur, bu da təyinatın təsadüfi olmadığını göstərir.
 

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin edilən Əminə Zakir qızı Məlikova isə həm “Azərbaycan Kəlağayı”, həm də “Butalı” kimi milli brendlərin yaradıcısı kimi tanınır.

Onun rəhbərliyindən sonra muzeyin işində xalça irsinin təbliği və beynəlxalq sərgilərdə iştiraka xüsusi diqqət ayrılıb. Muzeydə toxuculuq ənənələrinin qorunması, regional xalça məktəblərinin yenidən aktuallaşdırılması kimi istiqamətlərdə də mühüm addımlar atılıb.

 

Mədəniyyət Nazirliyi teatr sahəsində də idarəetməni gücləndirir. Azərbaycan Dövlət Mahnı Teatrının direktoru vəzifəsinə təyin olunan Ülviyyə Bəbirovanın gəlişi ilə teatrda həm repertuarın yenilənməsi, həm də gənc ifaçılara dəstək proqramlarının tətbiqi nəzərə çarpır.
 


Eyni yanaşma mədəniyyət obyektlərində idarəetmənin təkmilləşdirilməsində və səmərəliliyin artırılmasında özünü göstərir. Buna bir nümunə məşhur rejissor və ssenarist İlham Qasımovun Heydər Əliyev Sarayının direktoru təyin edilməsidir. Bu təyinat idarəetmənin professional səviyyədə formalaşdırılmasına xidmət edən addım kimi qiymətləndirilir.

Qeyd edilən təyinatdan sonra Heydər Əliyev Sarayında təşkil olunan, keçirilən mədəniyyət tədbirlərində izdiham müşahidə olunur, əksər tədbirlərdə boş yer tapmaq mümkün olmur. 
 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına  yeni direktorun təyinatı da bu sahədə işin keyfiyyətinin artırılmasına xidmət edib. Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Yusif Eyvazov təyin olunub. 

Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir. O, nəinki Azərbaycanda, eləcə də ölkəmizin sərhədlərindən xaricdə tanınan görkəmli incəsənət xadimidir. 

Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə iki təyinat olub. 

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub.

O, nazirin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.

Nazir Adil Kərimlinin bir başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyinat alıb.
 

Son illər diqqətdən kənarda qalan Nizami Kino Mərkəzinin fəaliyyətində də müsbət dönüş baş verib. Mədəniyyət Nazirliyinin müdaxiləsi nəticəsində mərkəzin tədbir və nümayiş proqramı genişləndirilib, yeni yerli və xarici filmlərin nümayişi bərpa olunub.

Kino mühitinin nümayəndələri mərkəzin əvvəlki nüfuzunun qaytarılması istiqamətində ardıcıl addımların atıldığını bildirirlər. Bu proses kino infrastrukturunun yenilənməsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

 

Nazir Adil Kərimlinin rəhbərliyi ilə aparılan bu islahatlar mədəniyyət sahəsində idarəetmənin modernləşdirilməsini, qurumlar arasında əlaqələndirmənin gücləndirilməsini və yaradıcı mühitin inkişafını hədəfləyir.

Nazirliyin böyük ictimai dəstək qazanan fəaliyyətlərindən biri də “Xarıbülbül Festivalı”nın yüksək səviyyədə keçirilməsi olub. Festival Qarabağın mədəni irsinin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, bölgənin bərpa olunan mədəni mühitinin zənginliyini nümayiş etdirməsi baxımından xüsusi önəm daşıyır.

 

Ümumilikdə, Mədəniyyət Nazirliyində aparılan kadr yenilənməsi, şəffaf idarəçilik prinsiplərinin tətbiqi və müxtəlif mədəni sahələrdə aktiv fəaliyyət Azərbaycan mədəniyyətinin inkişafına təkan verən əsas amillər kimi dəyərləndirilir.

Nazirliyin fəaliyyəti həm peşəkarlar, həm də ictimaiyyət tərəfindən islahatlara doğru atılmış real addımlar kimi qiymətləndirilməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler tarixi oyunda “dəliyə döndü”: “Niyə hər zaman mən çıxıram” – VİDEO

Arda Güler tarixi oyunda “dəliyə döndü”: “Niyə hər zaman mən çıxıram” – VİDEO

Bakıda yeni beynəlxalq məktəb açılır

Bakıda yeni beynəlxalq məktəb açılır

Bu rayonda da icra başçısının müavini İŞDƏN ÇIXARILDI - FOTO

Bu rayonda da icra başçısının müavini İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO

Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO

Vüsalə Səid bu radioda çalışacaq

Vüsalə Səid bu radioda çalışacaq

DSX generalı yeni vəzifəyə təyin edildi

DSX generalı yeni vəzifəyə təyin edildi

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

“Avroviziya 2026”nın aparıcıları onlar olacaq – FOTO

Gəncədə “BakuBus”ın 10 milyonuncu sərnişini o oldu – VİDEO

Gəncədə “BakuBus”ın 10 milyonuncu sərnişini o oldu – VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət məhdudlaşdırılır

Sürücülərin DİQQƏTİNƏ! Bu yolda hərəkət məhdudlaşdırılır

Bəhlul Çin klubuna transfer ediləcəkmi? – Özündən açıqlama

Bəhlul Çin klubuna transfer ediləcəkmi? – Özündən açıqlama

Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilərmi?

Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilərmi?

Qurban Qurbanov belə qarşılandı –FOTO/VİDEO

Qurban Qurbanov belə qarşılandı –FOTO/VİDEO

Alimentlə bağlı YENİLİK – Vəsaitin uşağa xərclənməsinə belə nəzarət oluna bilər

Alimentlə bağlı YENİLİK – Vəsaitin uşağa xərclənməsinə belə nəzarət oluna bilər

Tramp: “İran əməliyyatı Venezueladakından daha çətin olacaq”

Tramp: “İran əməliyyatı Venezueladakından daha çətin olacaq”

Merts Putinlə birbaşa danışıqlara qarşı çıxdı

Merts Putinlə birbaşa danışıqlara qarşı çıxdı

Tramp Niki Minaj kimi dırnaqlarını uzadacaq? - VİDEO

Tramp Niki Minaj kimi dırnaqlarını uzadacaq? - VİDEO

“Papaya de, oyunçu alsın...” - Video

“Papaya de, oyunçu alsın...” - Video

Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari

Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari

Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem

Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem

Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO

Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO

Pley-off "Qarabağ"a bu qədər qazanc gətirdi

Pley-off "Qarabağ"a bu qədər qazanc gətirdi

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar – VİDEO

Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir

End of content

No more pages to load

RADİO