“Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi” – NAZİRLİK

Bir neçə gündür müğənni Nura Suri sosial şəbəkə hesabında dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımlar edir. 

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin fəaliyyətindən gileylənən müğənninin paylaşımına bir neçə sənət adamı da qatılıb.

Onlar arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır:

“Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər. O zaman 19 yaşım var idi.
 

Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur. Amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam, hər mənada”.


Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirildi ki, müğənni özü dəvətlərdən imtina edib:

“Son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.
 

Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addım kimi qiymətləndirilir.


İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

23 azərbaycanlı Almaniyadan geri QAYTARILDI

23 azərbaycanlı Almaniyadan geri QAYTARILDI

Əməkdar artist "Çocuklar duymasın"ın aktyoru ilə bir arada - FOTO

Əməkdar artist "Çocuklar duymasın"ın aktyoru ilə bir arada - FOTO

Sirləri açmayan ən səssiz BÜRCLƏR: siz onların arasındasınız?

Sirləri açmayan ən səssiz BÜRCLƏR: siz onların arasındasınız?

Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO