"Euronews" Bakı Beynəlxalq İncəsənət Festivalı və onun iştirakçılarına material həsr edib

"Euronews" telekanalı Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) haqqında material hazırlayıb.

Bizim.Media xəbər verir ki, "Bakı Beynəlxalq İncəsənət Festivalı keçirildiyi ikinci həftədən etibarən mədəni əməkdaşlığı genişləndirməyə can atır" başlıqlı məqalədə tədbir iştirakçıları, onların təəssüratları, həmçinin dünya incəsənət səhnəsinin nümayəndələri üçün bu festivalda iştirakın əhəmiyyəti haqqında danışılır.

Telekanal qeyd edir ki, "Oskar" mükafatı laureatı, daha çox "Oturan pələng, gizlənən əjdaha" filmi ilə tanınan quruluşçu rəssam Tim İp şəhərdə böyük ajiotaj yaradıb.

O, İqor Stravinskinin dünyaca məşhur "Müqəddəs bahar" baleti üçün dekorasiyalar yaradıb, əsərin interpretasiyasını isə tanınmış çinli xoreoqraf Yan Lipin həyata keçirib.
 

"Euronews" xatırladır ki, festivalda özbək pianoçu Behzod Abduraimov, kanadalı rejissor Rober Lepaj və Bakıda anadan olmuş amerikalı skripkaçı Dmitriy Sitkovetski kimi tanınmış şəxslər də iştirak edirlər.


"Sitkovetski üçün festivalda iştirak təkcə çıxış etmək deyil, həm də atası Yulianın 32 yaşında vəfatından sonra tərk etdiyi vətəninə qayıdışdır. İndi o, atasının xatirəsini və anadan olmasının 100 illiyini Bakı Dövlət Orkestrinin iştirakı ilə qala-konsertlə qeyd edir. Şou onun üçün köklərinə son dərəcə dərin şəxsi qayıdışı oldu", - materialda deyilir.

BIAF-ın Məsləhət Komitəsinin üzvü Svetlana Dvoretskaya "Euronews"a bildirib ki, festivalın əsas məqsədi daha geniş mədəni şəbəkə yaratmaq üçün beynəlxalq mədəniyyət institutları və festivallarla əlaqələrin möhkəmləndirilməsidir. O, həmçinin Bakının Zaltsburq və Avinyon kimi dünyanın ən məşhur incəsənət festivalları ilə bir sırada durmaq potensialına inandığını ifadə edib.
 

Qeyd edək ki, BIAF çərçivəsində tədbirlər Bakının ən populyar məkanlarında, o cümlədən Heydər Əliyev Mərkəzi, Dövlət Filarmoniyası, Milli Dram, Musiqili Teatr və bir sıra digər yerlərdə keçirilir.


BIAF Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub və 2025-ci il noyabrın 16-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin hədəfində olan 7 iranlı kimdir?

İsrailin hədəfində olan 7 iranlı kimdir?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

End of content

No more pages to load

RADİO