“Cabirin arzusunu heç vaxt yerinə yetirə bilməyəcəm” – Millət vəkili

Millət vəkili Rafael Hüseynov ötən ay vəfat edən Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, deputat C. İmanovu uşaqlıq illərindən tanıdığını qeyd edərək bunları yazıb:

“Yəqin tək mənə deyil, başqalarına da rast gəlib - bir talada tək ucalan gövdəli qovaq ağacı. Dünənəcən vüqarlı duruşuyla, bu talanı təkbaşına dolduran gözəlliyi ilə göz oxşayırmış.

Qəfilcə göy gurlayıb, şimşək çaxıb və ildırım bu ətrafda tənha yüksələn o gözəlliyi vurub. Həyat və yaşamaq eşqi saçan o gövdəli ağac bircə anın içində yanıb qaralıb, sönüb, bitib. Əlbəttə kədərlidir, əlbəttə gözəlliyin qəfil ölümü həmişə yandırıcıdır. Tahir və Cabir İmanov mənə əziz olan iki insanın balalarıdır. Mən bu uşaqları xırda yaşlarından tanıyıram. İkisi də bir-birindən parlaq, ikisi də bir-birindən istedadlı.
 

Əziz Cabirimiz ildırımın vurub bir anda ömrünə son qoyduğu gözəllikdir ki, var! Çox iti görən gözləri vardı. O qədər iti ki, yanından yüz dəfə keçib görmədiyimizi tuta bilirdi. Müşahidə etdiyini gülüşə qataraq elə zərif çatdırmağa qadir idi ki, əslində bu sancmada özünü görəni incitməli, qeyzləndirməli idi.


Ancaq Cabir bunu elə lətif bir məharətlə edirdi ki, hətta siyasi yükü olan sataşmaları da qəzəb doğurmadan, dodaq qaçıraraq qəbul edilirdi və heç vəchlə də qulaq ardına vurula bilmirdi, düşündürürdü, islah olunmağa yönəldirdi. Saatın sürətinə baxın - göz açıb yumunca Cabirsizliyin on günü arxada qaldı. Bu gün oktyabrın 9-u qohumlar, dostlar, yaxınlar Cabirin cüməaxşamına yığışmışdı.

Cabir qohumları, dostları, yaxınları, sənətini sevənləri yasa yox, konsertlərdə, bayramlarda toplamaq üçün dünyaya gələnlərdən idi.

Bilsəniz bu zahirən adi, amma mahiyyətiylə müdhiş olan həqiqəti indi sözə döndərib yazmaq nə qədər ağırdır. Beli qırılmış Qorxmazla, qırx ilə yaxın müddətdə dostum, sirdaşım olmuş bir insanla üz-üzəyəm və ona heç bir təsəlli verə bilmirəm. Nə təsəlli?! Təsəlli sözləri arasam riyakar olmuş olaram.

Haçandır ki, Qorxmaz da, uşaqları da başqa, təzə evlərdə yaşayırlar. Ancaq mənim ən çox yadımda qalan hamısının birgə olduqları köhnə məhəllədəki dədə-baba həyətindəki evlərinə gedib-gəldiyim günlərdir.

Nə xoşbəxt imişlər, nə xoşbəxt imişik! Həmin yuxarı məhəllənin özünəməxsus ab-havası vardı, atıb-kəsən, sözü yava, alış-verişdə fəndgir, şərəşur adamlarla dolu idi. O məhəllədə böyüyənin orta məktəbi yaxşı-yaman bitirib attestat alması elə təhsili qızıl medalla başa vurmağa bərabərdir. O mühitdə böyüyən cavanlığında qazamatda yox, şofer olub sükan arxasında otura bilsə, bu, ailəsinin bəxtli olmasının nişanəsi də.
 

Belə bir məhəllədə boya-başa çatan Qorxmaz İmanov şöhrəti tək Azərbaycandan yox, ovaxtkı Sovet İttifaqından kənarlara da yayılan görkəmli alim mərtəbəsinə yüksəldi, qoşa övladı - Tahir də, Cabir də yaxşı oxudular, tərbiyəli, ağıllıl böyüdülər, ailə, nəsil ənənələrinə layiq yetişdilər. 
İstedad elə müstəsna sərvət, elə gur işıqdır ki, o mütləq gec-tez bütün parlaqlığı ilə üzə çıxır, ondan hamıya şəfəq payı düşür.


Cabir Azərbaycanın istedadla daşan qiymətli bir yavrusu idi. İstedadının bütün əngin miqyası ilə bərq vurduğu, asta-asta artan yaşın və təcrübənin həmin istedada müdriklik də əlavə etdiyi bir ömür mərhələsində idi. Hələ nə qədər misilsiz əsərlər yarada, bizə nə qədər gözəlliklər bəxş edə bilərdi!

Bircə anın içində hər şey puç oldu. Cabir kimi ilham, zəka, bəsirət, çoxcəhətli qabiliyyət daşıyıcısı oğullar millətin kisəsindən gedir. 

Axı onun yerini doldura biləcək ikinci kəs ola bilməz!Hər istedad Tanrının insanlara nadir bəxşişidir!Heyiflər ki, Yaradanın bu sevimli töhfəsi ilə birgəliyimizin müddəti bunca qısa oldu. Cabirin yoxluğu ilə barışmaq çətindir, çox çətindir. Ötən il Heydər Əliyev sarayında Tahir İmanovun 50 illiyinə həsr edilən yaradıcılıq gecəsi keçiriləndə mən də çıxış etdim. Ertəsi gün qardaşının həmin unudulmaz yubiley axşamını bəzəyənlərdən biri olmuş Cabir də mənə zəng vurub təşəkkür etdi.Elə zarafata salıb dedi ki, mənim də yubileyimdə belə konsert baş tutsa, orda da danışarsız? 

Qayıtdım ki, hər halda dünənkindən daha yaxşı danışaram, çünki artıq yaxşıca məşq etmişəm. Cabirin arzusunu, ona vədimi daha heç vaxt yerinə yetirə bilməyəcəm. Yazı beləymiş, onun yubileyində danışmaq qismətimizdə yoxmuş. Cabir daha heç vaxt 50 yaşına çatmayacaq...

Əzizlərim Könül, Qorxmaz! Çarəmiz nə! Dözün və Cabirin körpə balalarının xatirinə yaşayın!”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sirləri açmayan ən səssiz BÜRCLƏR: siz onların arasındasınız?

Sirləri açmayan ən səssiz BÜRCLƏR: siz onların arasındasınız?

Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

End of content

No more pages to load

RADİO