Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, vida mərasimi saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək.
Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.
Bizim.Media