Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qərar aktyorlar COVID-19-a yoluxduğu üçün qəbul edilib:
“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
Bizim.Media