Xalça Muzeyi “Nənəmin sandığından fashion show” layihəsini “Naxçıvan gözəli” adlı 3 aylıq tədris proqramı ilə davam etdirir.
Muzeydən Bizim.Media-ya verilən məlumata görə, iştirakçılar Azərbaycan və rus dillərində aparılan dərslərdə bu dəfə Naxçıvan milli geyimləri haqqında nəzəri və praktik biliklərə yiyələnəcəklər.
Dərslər yanvarın 15-dən başlayacaq.
Bizim.Media
