Gəncədə “Kəpəz Rəqs Kuboku 2022” müsabiqəsi keçiriləcək.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbir yanvarın 30-u Gəncə Dövlət Dram Teatrında baş tutacaq.
Müsabiqə Azərbaycan Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil olunub.
Yanvarın 23-dək iştirakçıların qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə ölkənin müxtəlif bölgələrindən rəqs qruplarının və rəqqasların iştirakı nəzərdə tutulur.
Məqsəd Rəhimov, Bizim.Media