T. Bakuvi “Qafqazinfo”ya bildirib ki, bu dəfə əvvəlki kompozisiyalardan tam fərqli bir formalı, retro-romantik avropa kompozisiyalarını xatırladan bir kompozisiya ortaya çıxıb. Saksafon-Gitara dueti üzərində qurulmuş kompozisiyanın saksafon partiyaları Fərid Ağayevə, Gitara partiyaları Ramal Rəsula, orkestr partiyası isə İsmayıl Əlizadəyə aiddir. Aranjiman və səsləndirilmə işlərini də Ramal Rəsul həyata keçirib: “Bu arada, qeyd edim ki, Ramal Rəsul bu kompozisiyada öz ənənəsindən fərqli olaraq caz üslublu impravizasiya ilə yadda qalıb”.