Lənkəran Dövlət Teatrının istedadlı aktyoru, əməkdar artist Niftulla Əsgərov sabah onkoloji əməliyyat olunacaq.
Bu barədə Bizim.Media-ya aktyorun özü məlumat verib.
Milli Onkoloji Mərkəzə yerləşdirilən aktyorun durumu ağırlaşıb.
“Mədəmdəki qanaxma ürəyimə də fəsad vermişdi. Ürəyimdən əməliyyat olundum. İndi mədəmdəki şiş götürüləcək. Hazırda reanimasiyadayam. Sabah əməliyyata girirəm”, - deyə aktyor çətinliklə danışıb.
Qeyd edək ki, xərçəng xəstəlikdən əziyyət çəkən Niftulla Əsgərov ağır ürək əməliyyatı da olunub.
Aktyor ürəyindən olunacaq əməliyyatın aparılması üçün maddi çətinlik çəkdiyini də dilə gətirmişdi. Əməkdar artist 2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
Alçina Amilqızı, Bizim.Media