Dünən axşam saatlarında dünyasını dəyişən müğənni Səyyad Əlizadənin dəfn yeri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, qohumları tanınmış ifaçının bu gün doğulduğu Füzuli rayonunda torpağa tapşırılacağını bildiriblər.
Qeyd edək ki, koronavirusdan dünyasını dəyişən S.Əlizadə 1958-ci ildə Füzulinin Babı kəndində dünyaya gəlib.
Bizim.Media