Xalq artisti Flora Kərimova Vətən müharibəsi qazilərinə jest edib.
Bizim.Media xəbər verir ki, Xalq artisti ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizova bağışlayıb.
Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Bizim.Media