“Bu xəstəlik onun ölümünə səbəb oldu” – Əməkdar artist Əjdər Həmidov haqqında danışdı

Ötən gün vəfat edən Xalq artisti Əjdər Həmidovun həmkarı Elşən Rüstəmov onunla bağlı xatirələrindən danışıb.

Bizim.Media-ya açıqlamasında əməkdar artist, Əjdər Həmidovun ölümünün Azərbaycan mədəniyyəti üçün ağır itki olduğunu dilə gətirib.

“Əjdər Həmidovun ölüm xəbəri bizi çox sarsıtdı. Bu xəbər nəinki məni, bütün teatrı yasa boğdu. Əjdər müəllim teatrın ən aparıcı aktyoru idi, demək olar ki, bütün tamaşalarda iştirak edirdi. Çox təəssüf ki, ömrü yarımçıq qaldı, onun qarşıda hələ çox tamaşaları vardı”.

E.Rüstəmov tez-tez Xalq artisti ilə söhbət etdiyini, onunla dərdləşdiyini də bildirib.

“Biz tez -tez söhbət edirdik, dərdləşirdik. İnanın, elə xoş aurası olan insan idi ki, hər zaman şirin söhbətləri məni valeh edirdi”.

Əməkdar artist onun səhhəti ilə bağlı problemlərindən də danışıb:

“Əjdər müəllim ancaq yüksək təzyiqdən əziyyət çəkirdi. Bir müddət əvvəl bu xəstəlikdən müalicə aldı, səhhəti yaxşılaşdı, müəyyən həblər qəbul edirdi. Ancaq çox heyif ki, sonda bu xəstəlik onun ölümünə səbəb oldu”.

Aktyorla sonuncu görüşündən də danışan E. Rüstəmov onun çox mülayim xasiyyətli olduğunu da deyib.

“Space kanalında Əjdər müəllimin ad günü keçirilirdi. O, bu tədbirə məni də dəvət etmişdi. Sonuncu dəfə orada görüşdük. O, çox mehriban, gülərüz bir insan idi. Heç vaxt nədənsə şikayət etməyini eşitməzdik. Demək olar ki, çox tamaşalarda tərəf müqabili olmuşuq. Sonuncu tamaşamız 2019-cu il noyabr ayında  “Dəli yığıncağı” olub. Sonra pandemiyaya görə teatrlar bağlandı, biz bir daha səhnəyə çıxmadıq”- deyə, o, bildirib.

E. Rüstəmov Xalq artistinin Şabran şəhərində dəfn olunacağını deyib. Onun sözlərinə görə, əslən Şabran şəhərindən olan Ə. Həmidov yaxınlarının yanında dəfn olunmasını istəyirdi. 

Qeyd edək ki, Xalq artisti Əjdər Həmidov ötən gün noyabrın 25-də vəfat edib. O, insult xəstəliyindən əziyyət çəkirdi.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

End of content

No more pages to load

RADİO