Məşhur azərbaycanlı idmançı, kikboksçu Zabit Səmədov Türkiyənin ən reytinqli seriallarından olan "Quruluş Osman”da rol alıb.
Bizim.Media-nın məlumatına görə, idmançımız serialın 35-ci bölümündə ilk dəfə tamaşaçı qarşısına çıxacaq.
Qeyd edək ki, Atv telekanalında yayımlanan serial Osmanlı İmperiyasının yaranmasından bəhs edir. Filmdə baş rolları Burak Özçivit, Nurettin Sönmez, Ayşegül Günay canlandırır.
Bizim.Media