Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.
Bizim.media məlumat verir ki, bu barədə jurnalist Əli Novruzəliyev bildirib.
Jurnalist deyib ki, 2-3 gün idi ki, aktrisadan xəbər yox idi. Tənha yaşayan Xalq artisti nə evdən çölə çıxır, nə də telefonuna zəng çatırdı.
"Bu gün qonşularının, yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar''.
''Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb. Hazırda aktrisanın vəziyyəti yaxşıdır".
Bizim.Media