Azərbaycanın incəsənət tarixində iz qoyan iki sənətkarın doğum günüdür. Mədəniyyət sahəsində möhür vuran Akif İslamzadə və Rasim Balayev məhz bu gün dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, ölkəmizin yaşayan əfsanələri eyni ildə 1948-ci il avqustun 8-də anadan olublar.
73 yaşlarını qeyd edən sənətkarların hər biri öz sahəsinə adını qızıl hərflərlə lövhəyə yazdırmış şəxslərdir.
Müğənni və aktyorluq sənətində izləri hər zaman olacaq. Hər iki sənətkara sağlam ömür arzulayırıq.
Bizim.Media